SON XƏBƏRLƏR

Sülhməramlılar Sudanı tərk edir

2021.10.20, 07:36
Sülhməramlılar Sudanı tərk edir

Gunaz.tv
Sülhməramlılar Sudanı tərk edir BMT və Afrika İttifaqının Darfurda sülhün təminatı ilə bağlı missiyasının (UNAMİD) "mavi dəbilqəlilər"i dünən Sudandan çıxmağa başlayıb. Səhər saatlarında UNAMİD-in Darfurdakı qərargahından çıxan iki mikroavtobus hava limanınına yönələrək təyyarə ilə Uqandaya uçublar. UNAMİD Sudandan 3 min hərbçini çıxarmaq niyyətindədir. Səbəbi Darfurdakı vəziyyətdir. İyulun 8-dən bəri burada üsyançıların UNAMİD patrullarına hücumları nəticəsində 7 sülhməramlı həlak olub, 22 nəfər yaralanıb. "Mavi dəbilqəlilər"in ölkəyə yalnız normal təhlükəsizlik səviyyəsi bərpa olunandan sonra qayıdacaqları bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar