SON XƏBƏRLƏR

AMERİKA GÜRCÜSTANLA BIRGƏ HƏRBİ MANEVRLƏRƏ BAŞLADI

2021.10.20, 07:36
AMERİKA GÜRCÜSTANLA BIRGƏ HƏRBİ MANEVRLƏRƏ BAŞLADI

Gunaz.tv
AMERİKA GÜRCÜSTANLA BIRGƏ HƏRBİ MANEVRLƏRƏ BAŞLADI Mixail Saakaşvili Qərbi Moskvanın təcavüzkar davranışlarına sərt reaksiya verməyə çağırıb 18.jpg Gürcüstan prezidenti Mixail Saakaşvili bəyan edib ki, Qərb Qafqazda yeni münaqişənin başlamasını istəmirsə, o zaman Rusiyanın davranışlarına sərt reaksiya verməlidir. Onun sözlərinə görə, Qərbin hər iki tərəfi təmkinli olmağa çağırması anlaşınlan deyil, çünki Gürcüstan onsuz da təmkinlidir, Rusiya isə separatçı Abxaziya və Cənubi Osetiya regionlarında təxribatçı addımlar atır. “Situasiya partlayış ərəfəsini xatırladır, ruslar sadəcə, hiddət doğuran hərəkətlər edirlər, ancaq təəəsüf ki, avropalılar buna reaksiya vermək istəmirlər.” Saakaşvili deyib ki, Gürcüstanı ABŞ daha çox dəstəkləyir. Bu ərəfədə Gürcüstanda ABŞ-la birgə hərbi təlimlər başlayıb. NATO ilə əməkdaşlıq çərçivəsində keçirilən təlimlərin Rusiyanın hədələrinə cavab olduğu bildirilir. Tiflis yaxınlığında keçirilən təlimlərdə yüzlərlə Amerika hərbçisi, o cümlədən Azərbaycan, Ermənistan və Ukrayna silahlı qüvvələrindən zabitlər də iştirak edir. Xəbər xidməti musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar