SON XƏBƏRLƏR

İsrail və “Hizbullah” cəsədləri dəyişdilər

2021.10.20, 07:36
İsrail və “Hizbullah” cəsədləri dəyişdilər

Gunaz.tv
İsrail və “Hizbullah” cəsədləri dəyişdilər 20080716134005_1.jpg 2006-cı ildə Livan sərhədi yaxınlığında əsir götürülən İsrail hərbçiləri Exud Qoldvasser və Eldad Reqev öldürülüb. Lent.az-ın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, “Hizbullah” hərəkatı əsirlərin dəyişdirilməsi barədə razılığa əsasən hərbçilərin cəsədini İsrailə təhvil verib. İsrail öz növbəsində beş livanlı döyüşçünü azad edəcək. Onların arasında 1979-cu ildə yəhudi ailəsini öldürdüyünə görə dörd ömürlük həbs cəzası alan Samir Kuntar da var. Bundan əlavə, İsrail 2006-cı ildə keçirilən hərbi əməliyyat zamanı öldürülən 200 livanlının cəsədini də «Hizbullah»ya təhvil verəcək. Xatırladaq ki, hərbi əsrilərin və cəsədlərin dəyişdirilməsi barədə razılaşma iyulun 7-də İsrailin baş naziri Exud Olmert və «Hizbullah» qruplaşmasının lideri Həsən Nəsralla arasında imzalanıb. lent.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar