SON XƏBƏRLƏR

ABŞ MƏTBUATI OBAMANI “MÜSƏLMAN TERRORÇUSU” KİMİ TƏQDİM ETDİ

2021.10.20, 07:36
ABŞ MƏTBUATI OBAMANI “MÜSƏLMAN TERRORÇUSU” KİMİ TƏQDİM ETDİ

Gunaz.tv
ABŞ MƏTBUATI OBAMANI “MÜSƏLMAN TERRORÇUSU” KİMİ TƏQDİM ETDİ “The New Yorker” həftəliyinin dərc etdiyi karikatura qalmaqal yaradıb 1577.jpg Amerikada Demokratlar Partiyasından olan prezidentliyə namizəd Barak Obama və onun həyat yoldaşı Mişelə mətbuatın münasibəti barədə yeni ziddiyyət yaranıb. “THE NEW YORKER” həftəliyi prezidentliyə namizədi müsəlman geyimində, onun xanımını isə əlində “Kalaşnikov” avtomatı ilə təsvir edən karikatura dərc edib. Karikaturada onlar terrorçularsayağı yumruqlarını toqquşduraraq görüşürlər. BBC-nin xəbərinə görə, karikatura Obamanın seçki düşərgəsi tərəfindən tənqid edilib. Hətta Obamanın rəqibi, respublikaçı Con Makkeynin tərəfdarları da karikaturanı “zövqsüz və təhqiramiz” kimi təsvir ediblər. Şəkildə Barak Obama ənənəvi ərəb libasında, arvadı isə hərbi geyimdə, əlində avtomat Ağ Evdəki Oval otaqda təsvir ediliblər. Divarda Üsəma bin Ladənin şəkli vurulub, kamində isə Amerikanın bayrağı yandırılır. Lakin jurnalın redaktoru Devid Remnik deyib ki, karikaturanın yeganə məqsədi satira olub: “Mən hamının fikrinə hörmət edirəm. Lakin yeganə onu deyə bilərəm ki, məqsədimiz məhz Obama ilə adamları qorxudanlara lağ etmək idi. Elə karikaturanın çap edildiyi üst səhifənin üzərində “Qorxutma Siyasəti” yazılıb. Yəni biz Obamaya hücum etməmişik, əksinə, onun tənqidçilərini tənqid etmişik. Bu Obama barədə yalanlar yayanlara qarşı yönəlmiş bir karikaturadır”. Lakin şərhçilər deyir ki, bu, zövqsüz bir satiradır, məhz buna görə onun ətrafında belə qalmaqal yaranıb. Karikaturanın problemi orada Obamanın müsəlman geyimində olması, divarda bin Ladənin şəklinin asılması, Amerika bayrağının yandırılması, həyat yoldaşının əlində Kalaşnikov avtomatının olmasıdır. İş burasındadır ki, Amerikada elə adamlar var ki, Obamanın məhz belə bir adam olmasına inanır. Bu ölkədə hər 10 adamdan biri hələ də Obamanın müsəlman olduğunu ciddi sayır. Hətta onun kilsəyə getməsi sənədləşdirilsə belə. Bəziləri isə əmindirlər ki, o, mədrəsədə təhsil alıb. Bildirilir ki, “New Yorker”in oxucuları əsasən ağdərili, varlı, liberal baxışlı, demək olar ki, Obamanı dəstəkləyən adamlardır. Onlar anlayacaqlar ki, bu karikatura əslində Barak Obama barədə mühafizəkar baxışlara bir parodiyadır. Amma “New Yorker”i oxumayan adamlar bunu özlərinin Barak Obama barədə şübhələrinin daha bir təsdiqi kimi görə bilərlər. Xəbər xidməti musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar