SON XƏBƏRLƏR

Rusiya MDB-yə "qayıdır"

2021.10.20, 07:36
Rusiya MDB-yə "qayıdır"

Gunaz.tv
Rusiya MDB-yə "qayıdır" Medvedyev Rusiyanın xarici siyasət konsepsiyasını təsdiqləyib Rusiya xarici siyasətinin prioritet istiqaməti MDB ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı inkişaf etdirməkdir. Bu fikir Rusiya prezidenti Dmitri Medvedyevin təsdiqlədiyi "Rusiya Federasiyasının xarici siyasətinin konsepsiyası" adlı sənədin regional prioritetlər bölməsində öz əksini tapıb. APA-nın məlumatına görə, sənəddə deyilir ki, Rusiya MDB ölkələri ilə qarşılıqlı təhlükəsizliyin təmin olunması sahəsində, o cümlədən ümumi çağırış və təhlükələrlə birgə mübarizə, ilk öncə beynəlxalq terrorizmə, ekstremizmə, narkotrafikə, transmilli cinayətkarlıq, qeyri-qanuni miqrasiyaya qarşı əməkdaşlığı genişləndirəcək. Birinci dərəcəli vəzifələr sırasında Əfqanıstan ərazisindən istiqamətlənən terror və narkotəhlükənin neytrallaşması, Mərkəzi Asiya və Cənubi Qafqazda stabilliyin pozulmasına imkan verməməkdir. "Rusiya MDB məkanında mövcud olan münaqişələrin beynəlxalq hüquqa, əvvəllər əldə olunmuş razılaşmalara hörmət edərək və münaqişəyə cəlb olunmuş tərəflər arasında razılığın əldə olunmasına əsaslanaraq, danışıqlar prosesində öz vasitəçilik missiyasını məsuliyyətlə realizə edərək, bu münaqişələrin sülh yolu ilə həllinə aktiv yardım etməyə davam edəcək".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar