SON XƏBƏRLƏR

Güneydə Tələbə üsyanı

2021.10.20, 07:36
Güneydə Tələbə üsyanı

Gunaz.tv
Güneydə Tələbə üsyanı 01.jpg Təbriz-Səhənd Universitetinin tələbələri Təbriz Universitetindəki 37 tələbəsinə qarşı haqsızlığa öz etirazını bildirib Təbriz-Səhənd Universitetinin tələbələri son illərdə Güney Azərbaycan universitetlərində Azərbaycanlı tələbələrə qarşı ayrıseçilik edən şovinist siyasətə etiraz olaraq universitetlərin rəhbərlərinə bir daha xəbərdarlıq ediblər. Onlar bəyan edirlər ki, universitetlərin təhlükəsizlik komitələri tərəfindən siyasi və milli fəaliyytlərinə görə universitet tələbələri günü-gündən ağır təzyiq və təhdidlərə məruz qalmaqdadır. Onlar xəbərdarlıq edirlər ki, son günlərdə Təbriz Universitetində Nadir Məhdi Qarabağ, Əmin İmani, Səməd Paşayi və Nahid Babazadənin təhlükəsizlik komitəsi tərəfindən təhsilərinin ləğv edilməsi son dərəcə haqsızlıq və qanunsuz bir hərəkətdir. Bununla yanaşı Təbriz universitetinin 37 tələbəsinə qarşı irəli sürülən cəza üsulları heç bir qanunlara uyğun gəlməyən qərarlardan ibarətdir. Günü-gündən şiddətlənən tələbələrə qarşı təzyiqlər İran hakimiyyətinin xeyrinə qurtarmayacağını bir daha bəyan edirik və tələb edirik ki, Güney Azərbaycan tələblərinə qarşı bütün ayrıseçkiliklər təzyiq və təhdidlərə son qoyulsun. Əks təqdirdə qarşıya gələn bütün problemlər hakimiyyətin üzərinə düşəcək. vhp

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar