SON XƏBƏRLƏR

Avropada İsveçrə və Almaniya PKK-ya qarşı

2021.10.20, 07:36
Avropada İsveçrə və Almaniya PKK-ya qarşı

Gunaz.tv
Avropada İsveçrə və Almaniya PKK-ya qarşı pkk22.jpg İsveçrə ilə Almaniya PKK terrorçu təşkilatın təbliğat və maliyyə kanallarını bağlamaq üçün hərəkətə keçib. “CNN-Türk” telekanalının xəbərinə görə, bu tədbirlər çərçivəsində PKK-nın təbliğat və maliyyə kanalları hədəf seçilib. Bildirilir ki, İsveçrə federal polisi ölkə parlamentinin PKK ilə ilişgiləri olan 6 üzvü barədə araşdırma aparır. Həmin deputatların adı PKK-nın yayım və media orqanlarında tez-tez yer alır. İsveçrə daxili kəşfiyyat xidmətinin direktor müavini Jürg Bühler deyib ki, PKK ölkə üçün gizli təhdid təşkil edir və parlament üzvlərinin bu terror təşkilatı ilə əlaqələri hərtərəfli araşdırılacaq. Onun bildirdiyinə görə, PKK ölkədə yaşayan kürdlərdən xərac toplayır, mafiya kimi çalışaraq İsveçrədə ən böyük cinayətkar qruplaşmalardan birinə çevrilib. Almaniyada isə PKK-nın yayım orqanı “Roj TV”-nin yayımını həyata keçirən studiyanın bağlanmasına etiraz olaraq aksiya keçirmiş terror təşkilatı tərəfdarlarına polis sərt müdaxilə edib. Ölkənin müxtəlif yerlərində PKK tərəfdarları ilə polis arasında toqquşmalar olub. Alman polisi PKK-çıların Öcalanın portretlərini qaldırmasına imkan verməyiblər. Bildirilir ki, BMT Təhülkəsizlik Şurasının qətnamələrinə görə, terrorçuların təbliğatına icazə verilməsi cinayət əməli sayılır. Gözlənilir ki, İsveçrə və Almaniyanın ardınca digər Avropa ölkələri də PKK-nın təbliğat və maliyyə kanallarını bağlamaq üçün hərəkətə keçəcəklər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar