SON XƏBƏRLƏR

TÜRK DÖVLƏTLƏRİNDƏ ÇALIŞAN PARLAMENT JURNALİSTLƏRİNİN BİRLİYİ YARADILA BİLƏR

2021.10.20, 07:36
TÜRK DÖVLƏTLƏRİNDƏ ÇALIŞAN PARLAMENT JURNALİSTLƏRİNİN BİRLİYİ YARADILA BİLƏR

Gunaz.tv
TÜRK DÖVLƏTLƏRİNDƏ ÇALIŞAN PARLAMENT JURNALİSTLƏRİNİN BİRLİYİ YARADILA BİLƏR «Türk dövlətlərində fəaliyyət göstərən jurnalist təşkilatları arasında ortaq birliklər yaradılması yaxşı olardı. Bu, həm türk dövlətləri arasında inteqrasiya proseslərinin daha sürətlə getməsinə yardım edə bilər, həm də bu təşkilatlardakı jurnalistlər arasında fikir və informasiya mübadiləsinə gətirib çıxara bilər». Bu sözləri «Media forum» saytına Atatürk Mərkəzinin rəhbəri, deputat Nizami Cəfərov deyib. N.Cəfərov bildirib ki, hazırda Türk Dövlətləri Parlament Asambleyasının yaradlması yönündə iş gedir. Onun fikrincə, assambleyanın formalaşdırılması ilə paralel Türk Dövlətləri Parlament Jurnalistləri Birliyinin yaradılması da məqbul olardı: «Fikrimcə, ilkin olaraq qanunvericilik sahəsində vahid məkan yaradılmalıdır ki, burda da parlament jurnalistlərinin böyük rolu ola bilər və ona görə də bundan mütləq yararlanmaq gərəkdir». Azərbaycan Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı isə «Media forum»a deyib ki, artıq bu yöndə müəyyən iş görülür: «Biz Türk Dövlətləri Parlament Jurnalistləri Birliyinin yaradılması ilə bağlı Nizami Cəfərovla məsləhətləşmələr aparmışıq. Bu məsləhətləşmələr türk dövlətlərinin parlamentlərində fəaliyyət göstərən jurnalist təşkilatlarının təmsilçiləri ilə də aparılır». E.Eyvazlının sözlərinə görə, bu məqsədlə xüsusi sayt yaradılır, həmin saytda hər bir türk dövlətinin parlamentinin fəaliyyəti, eyni zamanda onun qəbul etdiyi sənədlər üçün ayrıca linklər olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar