SON XƏBƏRLƏR

Güneydə azərbaycanlı müəllim işdən çıxarılıb

2021.10.20, 07:36
Güneydə azərbaycanlı müəllim işdən çıxarılıb

Gunaz.tv
Güneydə azərbaycanlı müəllim işdən çıxarılıb QayNar: Güney Azərbaycanda fəaliyyət göstərən "Azərbaycan Biliyurdlular Toplumu" (ABT) üzvlərindən biri - Hüseyn İqbali müəllimlikdən xaric edilib. "Qaynar.info"-nun oyrenci.com-a istinadən verdiyi məlumata görə, H. İqbali ABT təşkilatının qurucularından biri olub. Qeyd edək ki, Hüseyn İqbali riyaziyyat müəllimi idi. ETTELAAT-ın Təbriz idarəsi onu azərbaycançı fikirlərinə görə müəllimlikdən uzaqlaşdırıb. ABT məhkəməyə məktub yazaraq insidentə etirazını bildirib. //T.İsmayılov, QayNar ------------------------------------------------------------------- Uqo Çaves nefti 300 dollara qaldırmaqla hədələdi kwmgiw1c.gif Venesuela prezidenti ABŞ şirkətlərindən sanksiyalara son qoymapğı tələb edib Venesuela prezidenti Uqo Çaves neftin bir barelinin qiymətinin 300 dollara çata biləcəyini bəyan edib. lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, Çaves Amerikanın “Exxon Mobil” şirkətinin Venesuelanın xarici banklardakı aktivlərini dondurmaq cəhdlərindən əl çəkməyəcəyi təqdirdə qiymətin qalxacağını vurğulayıb. “Exxon Mobil” 2008-ci ilin fevralında məhkəmə yolu ilə Venesuelanın “Petroleos de Venezuela” dövlət korporasiyasının 12 milyard dollarlıq hesabını dondurub. Mart ayında daha yüksək məhkəmə instansiyası qərarı ləğv edib. Amma Çavesin keçirdiyi neft sahəsinin milliləşdirilməsi proqramı çərçivəsində Venesueladakı aktivlərini itirən Amerika şirkəti mübarizəni dayandırmaq niyyətində deyil. Çaves isə bildirib ki, Amerikanın başına oyun açacaq: “Əgər onlar yenidən bizim aktivlərimizi dondurmağa cəhd etsələr, biz də ABŞ-a neft nəqlini dayandıracağıq. Nəticədə qiymət 300 dollara kimi qalxacaq”. bizimyol

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar