SON XƏBƏRLƏR

AZƏRBAYCANDA İLK HƏRBİ İNFORMASİYA AGENTLİYİ YARADILIB

2021.10.20, 07:36
AZƏRBAYCANDA İLK HƏRBİ İNFORMASİYA AGENTLİYİ YARADILIB

Gunaz.tv
2008-07-15 - 11:45:00 Azərbaycanda ilk hərbi agentlik – «Milaz» İnformasiya Agentliyi təsis olunub. Agentliyin təsisçiləri Ehtiyatda və İstefada olan Zabitlər İctimai Birliyi, «Doktrina» Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi, «651 saylı hərbi hissənin veteranları» İctimai Birliyi, «Manevr» Jurnalist Araşdırmaları Mərkəzi və Hərbi Jurnalistlər İctimai Birliyidir. «Doktrina» Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli «Media forum» saytına bildirib ki, «Milaz» İnformasiya Agentliyinin yaradılmasında əsas məqsəd ölkənin müdafiə və təhlükəsizlik sahəsində baş verən olayları ictimaiyyətin nəzərinə çatdırmaqdır. «Milaz» agentliyi həmçinin bölgədə və regionda baş verən hadisələrlə bağlı müntəzəm xəbərlər, şərhlər, müsahibə və təhlillər təqdim etmək niyyətindədir. Agentliyin məqsədlərindən biri də müstəqil jurnalistləri, QHT-ləri, digər vətəndaşları müdafiə və təhlükəsizlik sektoruna aid problemlərin öyrənilməsinə və tədqiqinə cəlb etməklə bu sahəyə ictimai nəzarətin gücləndirilməsinə və təhlükəsizliyin möhkəmləndirilməsinə dəstək verməkdir. C.Sümərinli onu da qeyd edib ki, «Milaz» İnformasiya Agentliyinin rəsmi internet səhifəsi www.milaz.info sayılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar