SON XƏBƏRLƏR

Əhmədinejjad ABŞ-a gedəcək!

2021.10.20, 07:36
Əhmədinejjad ABŞ-a gedəcək!

Gunaz.tv
Əhmədinejjad ABŞ-a gedəcək! article_1216116385.gif İranın dövlət başçısı Əhmədinejjad ABŞ-a gedəcək QayNar : Əhmədinejjad, televiziyadan canlı yayımlanan "dünyaya müraciət çıxışında" bu ilki Birləşmiş Millətlər (BM)toplantısında iştirak etmək üçün ABŞ-a gedəcəyini söylədi. Ziyarətin gerçəkləşəcəyi təqdirdə Əhmədinejjad, vəzifəsinə başladığı 2005-ci ildən bu yana 3-cü dəfə ABŞ-a getmiş olacaq. İran dövlət başçısı, keçən ilki BM toplantısı üçün getdiyi Nyu Yorkda 11 sentyabr terror hücumunda həlak olanlar üçün təşkil olunan anma mərasiminə qatılıb, çələng qoymaq istəmiş, ancaq güvənlik səbəbindən bu istəyə müsbət cavab verilməmişdi. Əhmədinejjadın ABŞ prezidenti Corc Buş ilə dünya problemlərini canlı olaraq televiziyada həll etmək təklifi də Ağ Ev tərəfindən qəbul edilməmişdi. Bundan əlavə, Əhmədinejjad BM toplantısında və Kolumbiya Universitetində çıxış etmişdi. //Rəşad Səfərov, QayNar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar