SON XƏBƏRLƏR

Barak Obamanın karikaturu qalmaqala səbəb olub

2021.10.20, 07:36
Barak Obamanın karikaturu qalmaqala səbəb olub

Gunaz.tv
Barak Obamanın karikaturu qalmaqala səbəb olub (Əks) obamacartoonterrorist2008newyorkerb.jpg Amerikada Demokratlar partiyasından olan prezidentliyə namizəd Barak Obama və onun həyat yoldaşı Mişelə mətbuatın münasibəti barədə yeni ziddiyyət yaranıb. “NEW YORK” jurnalında çıxan karikatur Obamanın seçki düşərgəsi tərəfindən tənqid edilib. Hətta Obamanın rəqibi, respublikaçı Con Makkeynin tərəfdarları karikaturu “zövqsüz və təhqiramiz” kimi təsvir ediblər. Şəkildə Barak Obama ənənəvi ərəb libasında, arvadı isə hərbi geyimdə, əlində avtomat Ağ Evdəki Oval otaqda təsvir ediliblər. Divarda Üsəman bin Ladənin şəkili vurulub, kamində isə Amerikanın bayrağı yandırılır. Lakin jurnalın redaktoru Devid Remnik deyib ki, karikaturun yeganə məqsədi satira idi: “Mən hamının fikrinə hörmət edirəm. Lakin yeganə onu deyə bilərəm ki, bizim məqsəd məhz Obama ilə adamları qorxudanlara lağ etmək idi. Elə karikaturun çap edildiyi üst səhifənin üzərində “Qorxutma Siyasəti” yazılıb. Yəni biz Obamaya hücum etməmişik, əksinə onun tənqidçilərini tənqid etmişik. Bu Obama barədə yalanlar yayanlara qarşı yönəlmiş bir karikaturdur. ” Beləliklə bu təhqirdir ya satirik şərh. Qardian qəzetinin Nyu Yorkdakı müxbiri Qəri Yanq: “Mən deyərdim ki, bu zövqsüz bir satiradır, məhz buna görə də onun ətrafında belə qalmaqal yaranıb. Satira da zövqlə edilməlidir. Bu karikaturun problemi orada Obamanın müsəlman geyimində olması, divarda bin Ladənin şəklinin asılması, Amerika bayrağının yandırılması, həyat yoldaşının əlində Kalaşnikov avtomatının olmasıdır. İş burasındadır ki, Amerikada elə adamlar var ki, Obamanın məhz belə adam olmasına inanır. Amerikada hər on adamdan biri hələ də Obamanın müsəlman olduğuna inanır. Hətta onun kilsəyə getməsi sənədləşdirilsə də. Buna baxmayaraq bəziləri əmindirlər ki, o mədrəsədə təhsil alıb və sairə. ” Sual: Onda satira həqiqətə əsaslanmırsa, onda bu Nyu Yorker jurnalının özünə ziyan vura bilməzmi? “Nyu Yorkerin oxucuları əsasən ağdərili, varlı, liberal baxışlı, demək olar ki, Obamanı dəstəkləyən adamlardır. Onlar anlayacaqlar ki, bu karikatur əslində Barak Obama barədə mühafizəkar baxışlara bir parodiyadır. Amma Nyu Yorkeri oxumayan adamlar bunu özlərinin Barak Obama barədə şübhələrinin daha bir təsdiqi kimi görə bilərlər. ” Sual: Sizcə cənab Obamanın kimliyi, şəxsiyyəti, ilk qaradərili Amerika prezidenti olmağa yaxın olması belə bir diqqətə səbəb olub. Sizcə Barak Obamanın belə bir vəziyyətdə olmasını nəzərə alaraq, mətbuat özünü daha da məsuliyyətli aparmalıdırmı? “Mətbuat həmişə məsuliyyətli və ciddi olmalıdır. Obama az sonra həm ABŞ-da və həm də dünyada ən vacib adam ola bilər. Bu seçki kampaniyası zamanı mətbuat tez-tez özünü pis vəziyyətə qoyub. Ələxüsus cins və irq məsələlərində. Bu məsələlər mətbuat üçün yeni bir şey deyil. Lakin bu dəfə, irq və cins məsələləri siyasi gündəmin düz mərkəzində olduğundan bəzən mətbuat belə nöqsanlara yol verir.”bbc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar