SON XƏBƏRLƏR

DAHA IKI MILLI HƏRƏKAT FƏALINA MAKI ŞƏHƏRINDƏ HƏBS CƏZASI TƏTBIQ EDILDI

2021.10.20, 07:36
DAHA IKI MILLI HƏRƏKAT FƏALINA MAKI ŞƏHƏRINDƏ HƏBS CƏZASI TƏTBIQ EDILDI

Gunaz.tv
DAHA IKI MILLI HƏRƏKAT FƏALINA MAKI ŞƏHƏRINDƏ HƏBS CƏZASI TƏTBIQ EDILDI hokm.jpg DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən Güney Azərbaycanın Maki şəhərinin iki milli fəalı Əli Hüseyn Nejad Əsl və Məhəmməd Nəsiri həbsə məhkum edildilər. İyun ayının 23-də Xoy inqilab məhkəməsi Əli Hüseyn Nejad Əsli hakimiyyət əleyhinə mübarizə ittihamı ilə İran cinayət məcəlləsinin 500-cü maddəsinə əsasən bir il həbsə məhkum etdi. Xoy inqilab məhkəməsinin hakimi Novruzi tərəfindən keçirilən qondarma məhkəmədə Əli Hüseyn Nejada məxsus olan komputer, CD-lər, kitablar mağazasını axtaran zaman ETTELAAT tərəfindən müsadirə edilib. Bununla yanaşı Məhəmməd Nəsiri milli fəaliyyətinə görə 6 ay müddətinə həbsə məhkum edilib. Xatırladaq ki, adları çəkilən milli hərəkat fəalları beynəlxalq Ana dili günündə və may hadisələrinin ildönümündə dinc aksiya keçirmək istədikləri vaxtda ETTELAAT tərəfindən həbs edilmiş və uzun müddət ETTELAAT təcridxanasında fiziki və ruhi işgəncəyə məruz qaldıqdan sonra girov müqabilində müvəqqəti azadlığa buraxılmışdılar. Hal hazırda soydaşlarımız Xoy həbsxanasında saxlanılırlar. www.dak.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar