SON XƏBƏRLƏR

Yaponiya Kuril adalarını ölkənin ərazisi elan edib.Cənubi Koreya səfirini geri çağırdı, Rusiya isə susur

2021.10.20, 07:36
Yaponiya Kuril adalarını ölkənin ərazisi elan edib.Cənubi Koreya səfirini geri çağırdı, Rusiya isə susur

Gunaz.tv
Yaponiya Kuril adalarını ölkənin ərazisi elan edib Cənubi Koreya səfirini geri çağırdı, Rusiya isə susur Yaponiya Maarif və Elm Nazirliyi qonşu dövlətlərə ərazi iddiasını rəsmiləşdirən addım atıb. APA-nın məlumatına görə, nazirliyin bu gün nəşr etdirdiyi elmi-metodiki məcmuələrdə Kuril adaları Rusiya tərəfindən qanunsuz olaraq işğal edilmiş Yaponiya əraziləri kimi göstərilib və müəllimlərə Yaponiyanın bu adaların qaytarılması tələbinin ədalətli olduğunu tədris etmək tapşırılıb. Bundan başqa məcmuələrdə Cənubi Koreyanın Tokto adası da işğal altında olan Yaponiya torpağı kimi qələmə verilib. Cənubi Koreya hökuməti Yaponiya rəsmi qurumlarının bu addımına dərhal reaksiya verib və Tokiodakı səfirini məsləhətləşmələr üçün geri çağırıb. Rusiya isə hələlik Yaponiyanın ərazi iddialarına reaksiya verməyib. bizimyol

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar