SON XƏBƏRLƏR

XƏZƏR İBRAHİM: «AZƏRBAYCAN İRANDAN ÖZÜNƏ TƏHLÜKƏ GÖRMÜR»

2021.10.20, 07:36
XƏZƏR İBRAHİM: «AZƏRBAYCAN İRANDAN ÖZÜNƏ TƏHLÜKƏ GÖRMÜR»

Gunaz.tv
Azərbaycan İran tərəfdən özü üçün təhlükə görmür. Bunu Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim Tehranın yeni «Səhab-3» raketini sınaqdan keçirməsi ilə bağlı jurnalistlərin sualını cavablandırarkən deyib. Ötən həftə ABŞ-ın Bakıdakı səfiri Enn Dörsi bildirmişdi ki, İranın keçirdiyi sınaqlar Azərbaycanın da narahatlığına səbəb olmalıdır. X.İbrahim isə qeyd edib ki, Azərbaycan və İran arasında yaxın qonşuluq və dostluq münasibətləri mövcuddur: «Biz dostlarımız tərəfindən özümüz üçün təhlükə görmürük». «Turan»ın məlumatına görə, X.İbrahim vurğulayıb ki, Azərbaycan müxtəlif dövlətlərlə öz münasibətlərini bərabər prinsiplər üzərində qurur: «Beləliklə, Azərbaycan-Amerika münasibətlərinin inkişafı Bakının Tehranla münasibətlərinə heç bir təsir göstərmir və müvafiq olaraq Azərbaycan-İran münasibətləri də Azərbaycanın ABŞ-la əlaqələrinin inkişafına təsir etmir».

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar