SON XƏBƏRLƏR

«Ergenkon»un ittihamnaməsi açıqlandı

2021.10.20, 07:36
«Ergenkon»un ittihamnaməsi açıqlandı

Gunaz.tv
«Ergenkon»un ittihamnaməsi açıqlandı Həbsdə olan 86 nəfər terrorizmə aid olan bütün maddələrlə suçlu bilinirlər Türkiyənin hüquq-mühafizə orqanları “Ergenekon” təşkilatı ilə bağlı ittihamnaməni açıqlayıb. lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, İstanbul cümhuriyyət prokurorcıları Zəkəriyyyə Öz, Mehmet Pekgüzel və Nihat Taşkın tərəfindən hazırlanan “Ergenekon” ittihamnaməsi İstanbul cümhuriyyət baş prokuroru Aykut Cengiz Engin və baş prokuror köməkçisi Turan Çolakkadı tərəfindən açıqlanıb. 2455 səhifədən ibarət ittihamnaməyə İstanbul 13-cü Ağır Cəza Məhkəməsində baxılacaq. 86 nəfərin ittiham olunduğu cinayət işi üzrə 48 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib. Onlar terror təşkilatı qurmaq, idarə etmək, üzv olmaq, xalqı hökumətə qarşı silahlı üsyana təhrik etmək, dövlət çevrilişinə cəhd, hərbi itaətsizliyə təşviq, dövlətin gizli sənədlərini ələ keçirmək kimi cinayətlərdə ittiham olunurlar. 12 iyun 2007-ci ildə Ümraniyədən tapılan bombalarla əlaqədar açılan cinayət işində Danıştay adlı məhkəmə instansiyasına və “Cümhuriyyət” qəzetinin redaksiyasına silahlı basqın faktları da araşdırılıb. Lakin istintaq Dəniz Qüvvələrinin sabiq komandanı, admiral Özdən Örnəkə aid olduğu bildirilən “Çevriliş gündəlikləri”ni diqqətdən kənarda saxlayıb. Bu il iyulun 1-də həbs olunan ordu generallarının və digərlərinin işi isə ayrıca araşdırılacaq. bizimyol

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar