SON XƏBƏRLƏR

Helsinki Yekun Aktını ermənilər pozur

2021.10.20, 07:36
Helsinki Yekun Aktını ermənilər pozur

Gunaz.tv
«Helsinki Yekun Aktını ermənilər pozur» dpjoukx2.jpg Xəzər İbrahim: «Azərbaycan isə heç vaxt kimisə güc tətbiq etməklə hədələməyib» Dünən xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim ənənəvi mətbuat konfransını keçirib. Bir sıra məsələlərlə bağlı məlumat verən XİN sözçüsü daha sonra mətbuat nümayəndələrinin suallarını cavablandırıb. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların Helsinki Yekun Aktının 2-ci, 4-cü və 8-ci bəndləri əsasında aparıldığı, Azərbaycanın isə danışıqlar prosesi haqqında özünün istədiyi kimi məlumat verdiyi barədə bəyanatına münasibət bildirən X. İbrahim bildirib ki, Azərbaycan ATƏT-in Helsinki Yekun Aktının bütün prinsiplərini yerinə yetirir: «Ermənistan isə əksinə, onlara qarşı çıxır. Bu sənədin 2-ci bəndində deyilir ki, Helsinki Yekun Aktının heç bir iştirakçısı digərinə qarşı gücdən istifadə etməməlidir. Hamıya bəllidir ki, Ermənistan bu bəndə tamamilə zidd hərəkət edərək digər dövlətin ərazisini güc tətbiq etməklə ələ keçirib. Digər tərəfdən, Nalbandyan bu bəyanatı verməklə işğalçının onların iddia etdiyi kimi Dağlıq Qarabağın hansısa qüvvələri yox, məhz Ermənistan olduğunu birbaşa etiraf etmiş olub. Azərbaycan isə heç vaxt kimisə güc tətbiq etməklə hədələməyib. Biz sadəcə, beynəlxalq səviyyədə tanınmış sərhədlərimizi, ərazi bütövlüyümüzü bərpa edəcəyimizi bildiririk”. X. İbrahim Helsinki Aktının 4-cü bəndində dövlətlərin ərazi bütövlüyünün qorunmasından bəhs olunduğunu söyləyib: “Heç bir iştirakçı dövlət digərinin ərazi bütövlüyünə şübhə ilə yanaşmamalı və ona qarşı fəaliyyət göstərməməlidir. Nalbandyan və onun ölkəsi buyursun, praktikada bunu yerinə yetirsin. Onların çox hallandırdığı öz müqəddəratını təyinetmə hüququ 8-ci bənddə əksini tapıb. Orada açıq-aşkar bildirilir ki, öz müqəddəratını təyinetmə hüququ yalnız BMT Nizamnaməsi, beynəlxalq hüquq və dövlətlərin ərazi bütövlüyü çərçivəsində reallaşdırıla bilər”. X. İbrahim Azərbaycanın Helsinki Yekun Aktının və beynəlxalq hüququn bütün prinsiplərinə sadiq olduğunu bir daha bəyan edib. bizimyol

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar