Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib
ABŞ-ın Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransından Azərbaycan liderinə təbrik ünvanlanıb
Xaməneinin dəfn mərasimi ilə bağlı xəbər təkzib edildi
"Hizbullah" Livan və İsrail arasında atəşkəs sazişini rədd edib
Qərbi Azərbaycan əyalətində silah-sursat aşkarlanıb
Böyük Britaniyada İranla əlaqəli olduğu bildirilən qətl planı üzrə yeniyetmənin məhkəməsi başlayıb
Beynəlxalq Əfv Təşkilatı İranda edamlara görə bəyanat yaydı
Qəzvindən olan azərbaycanlı fəal Suri Babayi Çəqini 3 il həbs cəzasına məhkum edilib
Həbsdə olan Müjdə Haşimi Bazərgani saxlanılarkən məruz qaldığı zorakılıq və təzyiqlərdən danışıb
Əhvazda 3 siyasi məhbus edam ediləcək
KİV: İranda vurulan ABŞ F-15E təyyarəsi ehtimal ki, Çin istehsalı raketlə vurulub
WSJ: Tramp yalnız ABŞ hərbçiləri həlak olacağı halda, İranla sazişdən imtina edəcək
Tehranda qadın rejissor həbs edilib
Rubio 2026-cı ildə Türküstan ölkələrinə səfər edəcək
Tramp: Memorandum imzalanan kimi Hörmüz boğazı açılacaq
Tramp: Vaşinqton və Tehran uranın çıxarılması prosesini birgə həyata keçirə bilər
Tramp: İranla razılaşma bu həftəsonu əldə oluna bilər
Rubio: ABŞ İranın uranın zənginləşdirilməsindən imtinası qarşılığında bütün sanksiyaları ləğv etməyəcək
İranda 40-dan çox etirazçı edam edilib
Bir neçə əyalətdə çörək yenidən bahalaşdı
İranda elektrik kəsintiləri yenidən başlayacaq
İranın nüvə proqramına xidmət edən gizli şəbəkə ifşa edildi
Vaşinqton hələ də Tehranın yekun cavabını gözləyir
El-Ninyo geri qayıdır; bu ilki qeyri-adi yağıntılar davam edəcəkmi?
Tramp Türkiyəyə səfər edəcək
İsrail Baş naziri İranda hakimiyyət dəyişikliyinin hələ də gündəmdə olduğunu deyir
BƏƏ İran hücumlarına vahid cavab verməyə çağırır
Küveyt İranın iki diplomatını arzuolunmaz şəxs elan edib
İranda manatın son məzənnəsi
Tramp Hörmüz boğazının blokadasının sentyabra qədər davam edə biləcəyini deyib
Tramp: ABŞ-ın İranla mübarizədə quru qoşunlarına ehtiyacı yoxdur
İran təhlükəsizlik məmurları iki mülki şəxsi öldürdü
Həmədanlı etirazçı edam edildi
Küveyt: İranın hücumu nəticəsində bir nəfər ölüb
15 ildən sonra Azərbaycan Sulduz (Nəqədə) bataqlığı daşıb
SEPAH Zəncanda “Polo restoranı”nı sahibinin həbsindən sonra hərraca çıxarıb
İran İraqın şımalında kürd bazalarını vurdu
“Binab kababı”nın qlobal qeydiyyatı üçün bəlgə hazırlanır
Ali Məhkəmə Məhəmmədrza Fəqihinin əməlinin cinayət olmadığını elan edib
Milli fəllar Ərdəbil Prokurorluğuna çağırılıb
“Etemad”: İranda elektrik balanssızlığının azalması sənayedəki geriləmə ilə bağlıdır
Bəhreyn İranın mülki obyektləri hədəf alan raket və pilotsuz uçuş aparatlarını zərərsizləşdirdiyini bildirib
SEPAH Dubay aeroportunu vurdu - Rəsmi
İranla İsrail arasında münasibətlər son günlər hərbi qarşıdurma həddinə qədər gərginləşib. Xəbər verildiyi kimi, İsrail ABŞ-ın İrana qarşı hərbi güc tətbiqi variantından çəkindiyini görərək, Tehranın nüvə obyektlərini təkbaşına məhv etmək üçün hazırlıqlara başlayıb. Yəhudi dövləti ötən ayın əvvəllərində İranın nüvə obyektlərini vurmaq üçün hərbi manevrlər keçirib. İran da bu təhdidləri cavabsız qoymur. Tehran İsrail ərazisini vura biləcək “Şahab-3" ballistik raketlərni start meydançalarında yerləşdirib, həmçinin bir neçə gündür ki, Fars körəzində irimiqyaslı hərbi manevrlər keçirir. Bu manevrlər zamanı orta və uzaqmənzilli ballistik raketlərin sınaqdan çıxarıldığı bildirilir. Bəs İran və İsrail arasında gərginliyin artdığı və qarşılıqlı təhdidlərin güc nümayiş etdirmək həddinə çatdığı bir vaxtda mümkün münaqişə başlaya bilərmi? Belə vəziyyətdə Vaşinqton tərəfləri təmkinli olmağa çağıracaq, yoxsa prezident Buş vəzifəsini tərk edənə qədər İranın nüvə proqramı ətrafında yaranmış böhranı yoluna qoymaq istiqamətində hansısa addımlar atacaq? ABŞ prezidentinin özü yaranmış vəziyyət və ehtimali addımlarla bağlı bunları deyib: “Mən həmişə demişəm ki, bütün mümkün imkanlar masa üzərindədir. Lakin Amerika üçün ilk variant bu məsələni diplomatik yolla həll etməkdir.” Hər halda bu, ən qısa cavabdır.Təhlilçilərə görə, daha təfərrüatlı cavab vermək üçün isə administrasiya daxilində hərbi yola çağıranların və Dövlət Departamenti, habelə Pentaqonun özündə buna qarşı açıq çıxış edənlərin mövcudluğunu nəzərə almaq lazımdır. Hərbi variantın əleyhdarlarından biri - Birləşmiş Ali Baş Komandanlığın rəhbəri admiral Mayk Mullendir: “Bizim üçün məhz indi üçüncü cəbhənin açılması çox ağır olar. Bu o demək deyil ki, imkanlarımız və ya ehtiyatlarımız yoxdur. Sadəcə, bunun mümkün nəticələrini bəri başdan söyləmək çətindir”. Vaşinqtonda hərbi aksiyanın əleyhinə olanlar deyirlər ki, bu, bölgədə vəziyyəti daha da alovlandırar, terror aktlarının çoxalmasına səbəb olar və neftin onsuz da yüksək olan qiymətini bahalaşdırar. Digər düşərgə isə israr edir ki, yanız bu yolla İranı nüvə bombasından məhrum etmək olar. Lakin İran məsələləri üzrə aparıcı təhlilçilərdən Deyvid Olbraytın fikrincə, hər hansı hərbi əməliyyat asan olmayacaq: “Adi bombardmanla onların ciddi geri atılacağını düşünmək sadəlövhlük olardı. Əgər kimsə İrana zərbə endirmək istəyirsə, onda sentrifuqaların yerini göstərən dəlillər təqdim etməli və zəmanət verməlidirlər ki, bu əməliyyat həmin nüvə proqramını 3-4 və ya 5 il geri atacaq.” Prezident Buşun könlündən keçənləri heç kəs dəqiqliklə bilməsə də, “Rend Corporation” mərkəzindən səfir Robert Hanter kimi təcrübəli siyasətçilər müharibənin mümkünlüyünü güman etmirlər. İsrailin ortaya düşüb İranı vurmaq üçün Amerikadan “yaşıl işıq” istəməsinə gəldikdə isə Robert Hanter buna skeptik yanaşır: “Bir məsələ aydındır ki, bu və ya növbəti administrasiyada heç kəs İsrailin hərbi əməliyyata başlamasını istəmir. İstənilən halda İsrail Amerikanın nəzarətində olan hava məkanından keçmədən İranın hava məkanına çata bilməz. Yəni, hətta əgər hərbi əməliyyat olsa belə, bu, Amerikanın işi olacaq”. İsraildə olan BBC-nin diplomatiya müxbiri Conatan Markus isə öz növbəsində Təl-Əvivdən xəbər verir ki, orada vəziyyət zahirən sakit olsa da, İsrailin mümkün raket zərbəsinə və ya ona endirilə biləcək zərbənin dəf edilməsinə hazırlıq göz qabağındadır. Amma Yaxın Şərq üzrə İsrailin tanınmış icmalçılarından Ehud Yari İran və İsrail arasında söz müharibəsinin getdiyini təsdiq etsə də, real müharibənin yaxınlaşmasını guman etmir. Qarşıdurma barədə danışanda isə Ehud Yari qeyd edib ki, onun fikrincə, İranın nüvə proqramı, bəyan edildiyindən fərqli olaraq, çox da inkişaf etməyib: “Mən hesab edirəm ki, onların çətinlikləri var, məsələn, uranın zənginləşdirilməsində. Digər tərəfdən mənə elə gəlir ki, İran rəhbərliyinin daxilində bir növ sövdələşməyə meylli olan ciddi qrup mövcuddur. Bu qrup uranın zənginləşdirilməsi proqramının dayandırılması əvəzində sanksiyaların dayandırılması, amma eyni zamanda xəlvətcə öz nüvə iddialarını irəli aparmaq niyyətindədirlər.” Ehud Yari qeyd edib ki, əgər silahlı münaqişədən yan kemək mümkün olacaqsa, ən azı İranın bəzi istəkləri təmin olunmalıdır. Onun sözlərinə görə, iranlılar Yaxın Şərqdə, Mərkəzi Asiyada, Əfqanıstanda, necə deyərlər, “böyük qardaş” statusunu əldə etmək istəyə bilərlər. Bu yalnız İsraili və Amerikalıları yox, həm də ərəbləri məmnun etməyəcək. Amma bəzi iranlılar tədricən belə bir fikrə gəlirlər ki, sövdələşmə vaxtı yaxınlaşır: “Ona görə mən düşünürəm ki, müharibə çağırışları arxasında belə bir sövdələşmənin mümkünlüyünə dair ciddi cəhdlər durur. ” Beləliklə, ekspertlərin fikrincə, İsrailin İrana qaçılmaz zərbəsi barədə ehtimallar cüzidir, hərçənd söz müharibəsinin də hər an real müharibəyə çevrilmə təhlükəsi var. İranda isə rəsmən belə hesab edirlər ki, ABŞ və ya İsrail tərəfindən hərbi müdaxilə riski yoxdur. “Röyter” agentliyinin məlumatına görə, xarici işlər naziri Manuçehr Möhtəki belə deyib. Lakin o əlavə edib ki, İran bütün variantlara hazırdır: “Əgər təcavüz olarsa, İran buna çox sərt cavab verəcək. Hazırda biz belə hesab edirik ki, nə İsrail, nə də ABŞ Yaxin Şərqdə yeni böhran yaratmaq imkanlarına malikdir”. İsrail mənbələri isə belə xəbər yayıblar ki, İrana mümkün müdaxilə zamanı ərəb ölkələri buna dəstək verəcəklər. Bu barədə ərəb ölkələrindən olan yüksək rütbəli bir rəsminin İsrail nümayəndələri ilə görüşündə dediyi bildirilir. Həmin mənbə deyib ki, İranın bölgədəki rolu ərəb ölkələrini də qane etmir. Çünki İran sünnü-şiə qarşıdurmasını gücləndirir və bəzi ərəb ölkələrində gərginlik yaratmağa çalışır. “Əgər nüvə silahına malik olmayanda İran belə təhlükə yaradırsa, bəs bu silahı əldə edəndən sonra necə olacaq”, deyə ərəb rəsmisi sual edib. Bir gün əvvəl xəbər yayılmışdı ki, İsrail öz təyyarələrini İranı vurmaq üçün İraqdakı Amerika hərbi bazalarında yerləşdirib. Lakin dünən İsraildən bu xəbərlərə təkzib gəlib. İran ətrafında vəziyyətin gərginləşməsi isə yalnız neft baronlarına xeyir verir. Çünki dünya birjalarında İranla bağlı həyəcanlı xəbərlərin yayılmasının təsiri altında neft daha da bahalaşaraq bir barreli 147 dollara çatıb. Fərhad MƏMMƏDOV musavat
Xaməneinin dəfn mərasimi ilə bağlı xəbər təkzib edildi
Qərbi Azərbaycan əyalətində silah-sursat aşkarlanıb
Qəzvindən olan azərbaycanlı fəal Suri Babayi Çəqini 3 il həbs cəzasına məhkum edilib
Əhvazda 3 siyasi məhbus edam ediləcək
Bir neçə əyalətdə çörək yenidən bahalaşdı
Vaşinqton hələ də Tehranın yekun cavabını gözləyir
BƏƏ İran hücumlarına vahid cavab verməyə çağırır
İranda manatın son məzənnəsi
İran təhlükəsizlik məmurları iki mülki şəxsi öldürdü
Küveyt: İranın hücumu nəticəsində bir nəfər ölüb
SEPAH Zəncanda “Polo restoranı”nı sahibinin həbsindən sonra hərraca çıxarıb
“Binab kababı”nın qlobal qeydiyyatı üçün bəlgə hazırlanır
“Etemad”: İranda elektrik balanssızlığının azalması sənayedəki geriləmə ilə bağlıdır
SEPAH Dubay aeroportunu vurdu - Rəsmi
Tehran Apelliyasiya Məhkəməsi britaniyalı cütlüyün həbs qərarını qüvvədə saxladı
Tehran əyalətində daha 100 nəfər həbs edilib
ABŞ İranın kriptovalyuta birjasına sanksiya tətbiq etdi
Qeşmdə partlayış səsləri; İran Küveyt və Bəhreynə hücum edib
94 gündür torpağa tapşırılmayan Xamenei üçün yeni plan
Bəhreyn öz vətəndaşlarına İran və İraqa səfər etməyi qadağan edib
Pakistanın xarici işlər naziri Vaşinqtona yollandı
Nyu-York meri özünü yalandan insan haqları müdafiəçisi adlandırır?- Əhməd Obalı
İranın Küveytə raket və PUA hücumları Körfəzdə gərginliyi artırdı
Ali Milli Təhlükəsizlik Şurasının katib müavini Əli Bagiri Kani Rusiyanın xarici işlər nazirinin müavini ilə görüşüb
Donald Tramp: İran danışıqları yaxşı aparsa da Amerika bütün kartları əlində saxlayır
İranda daha iki etirazçı edama məhkum edildi
ABŞ İranın 1 milyard dollarını müsadirə etdi
İranlı rəsmi: Çin ABŞ ilə Iran arasındakı mümkün razılaşmanın təminatçısı ola bilər
NYT: İranın mühafizəkar qanadı ABŞ ilə mümkün razılaşmanı pozmağa çalışırlar
İranda neft oğurluğu- 7 nəfər saxlanılıb
Güneyli tədqiqatçı dünyasını dəyişib
İsrail yenidən İranla müharibəyə hazırlaşır- "Haaretz"
Müharibə naziri: İranla razılaşma əldə olunmasa, ABŞ hərbi əməliyyatları yenidən başlatmağa hazırdır
Bloomberg: İranın Küveytə zərbəsi nəticəsində bir neçə amerikalı yüngül xəsarət alıb
İran məhkəməsi daha bir etrazçını ölümə məhkum etdi
Milli fəalların məhkəməsi oldu- Lisani, Kari və Xeyrcu qatılmadılar
Meksika da İran millisinə viza verməyib
İran rəsmilərinin villaları müsadirə olunacaq - Bessent