SON XƏBƏRLƏR

KREML DÜNYA DİKTATORLARININ DOSTUDUR

2021.10.20, 07:36
KREML DÜNYA DİKTATORLARININ DOSTUDUR

Gunaz.tv
KREML DÜNYA DİKTATORLARININ DOSTUDUR BMT Təhlükəsizlik Şurasında Zimbabveyə görə ABŞ-la Rusiya arasında mübahisə düşüb 400.jpg Rusiya BMT Təhlükəsizlik Şurasının toplantısında Zimbabve hökumətinə qarşı sanksiyaların tətbiq edilməsinə veto qoyub. Məlumatlara görə, müzakirələr zamanı TŞ-nin daimi üzvlərindən Çin Rusiyanın mövqeyini dəstəkləyib. Rusiyanın və Çinin bu addımı isə ABŞ və Böyük Britaniya nümayəndələrinin etirazı ilə qarşılaşıb. Böyük Britaniyanın xarici işlər naziri David Milliband deyib ki, vetonun qoyulmasının səbəbi anlaşılmazdır. O, xüsusilə Rusiyanın hərəkətinin anlaşılmadığını deyib və bildirib ki, Moskva bundan əvvəl Zimbabveyə qarşı kəskin addımlar atılması fikrini dəstəkləyirdi. ABŞ-ın BMT-dəki nümayəndəsi Zalmay Xəlilzad isə deyib ki, Rusiya “Böyük səkkizlər”in ona göstərdiyi etimadı doğrultmayıb. BMT qətnaməsi Zimbabveyə silah embarqosunu və Robert Muqabe ilə onun 13 müttəfiqinin xaricə səfərinə qadağa qoyulmasını nəzərdə tuturdu. Robert Muqabenin Zimbabvedə müxalifətin boykot etdiyi təkrar seçkilərdə yenidən “seçilməsi” bu ölkənin hökumətinə qarşı beynəlxalq cəmiyyətin tənqidinə səbəb olub. Rusiya və Çin qətnamənin əleyhinə çıxmaqlarının səbəbini Zimbabvedə vəziyyətin beynəlxalq sabitliyə təhlükə yaratmaması ilə izah ediblər. Bildirilir ki, Rusiya və Çin bununla BMT TŞ-nin hansısa ölkənin daxili işlərinə müdaxiləsi üçün presedentin yaranmasını istəməyiblər. Siyasət şöbəsi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar