SON XƏBƏRLƏR

ABŞ İSTƏSƏ, GÜL İRƏVANA GEDƏCƏK.Ermənistanda belə fikirlər var

2021.10.20, 07:36
ABŞ İSTƏSƏ, GÜL İRƏVANA GEDƏCƏK.Ermənistanda belə fikirlər var

Gunaz.tv
ABŞ İSTƏSƏ, GÜL İRƏVANA GEDƏCƏK Ermənistanda belə fikirlər var 1017.jpg Əgər ABŞ və Rusiya istəsə, Türkiyə prezidenti Serj Sərkisyanın ona göndərdiyi dəvəti qəbul edəcək. Bu fikirlə Ermənistandakı “Alternativ” qeyri-hökumət təşkilatının nümayəndəsi Manuk Sukiasyan çıxış edib. Onun fikrincə, Türkiyə prezidenti Sərkisyanın ona göndərdiyi dəvəti qəbul etmək istəmir. Sukiasyan deyib ki, Gülün İrəvana gəlməsi Rusiya və ABŞ-ın bu ideyanı nə dərəcədə dəstəkləyəcəyindən asılı olacaq. Xatırladaq ki, Sərkisyan Gülü iki ölkə futbol komandalarının İrəvanda bu ilin sentyabrında keçiriləcək oyununa baxmaq üçün dəvət edib. Emənistan prezidenti hesab edir ki, Gül bu dəvəti qəbul etsə, o zaman iki ölkə münasibətlərinin simvolk başlanğıcı qoyulmuş olar. Hakim Respublika Partiyasının gənclər təşkilatının üzvü Mihran Hakobyan isə deyib ki, onun fikrincə, Gül Sərkisyanın dəvətini qəbul edəcək. “Çünki bu səfər Türkiyənin də maraqlarına uyğundur”. Hakobyan hesab edir ki, Türkiyə Avropa ailəsinin üzvü olmaq istəyirsə Azərbaycanın maraqlarını Ermənistanla münasibətlərin qurulmasında şərt kimi irəli sürməkdən əl çəkməlidir. Xatırladaq ki, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan Gülün İrəvana dəvət edilməsinə qarşı çıxıb. O deyib ki, əgər hakimiyyətdə olsaydı, belə şey heç vaxt baş verə bilməzdi. Siyasət şöbəsi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar