SON XƏBƏRLƏR

Hərəkatçı casusluqda ittiham edilib

2021.10.20, 07:36
Hərəkatçı casusluqda ittiham edilib

Gunaz.tv
Hərəkatçı casusluqda ittiham edilib Əli Abbasi 5 il həbsdə qalacaq Güney Azərbaycan Milli Hərəkatının fəalı, məhkəmə qərarı ilə 5 il azadlıqdan məhrum edilmiş Əli Abbasinin harada saxlanıldığı məlum olub. Ərdəbil həbsxanasının 7-ci bəndində saxlanılan Ə.Abbasi casusluqda ittiham edilərək əvvəlcə 11 il həbsə məhkum edilmişdi. Apellyasiya Məhkəməsinə edilən şikayətdən sonra cəza 5 ilədək azaldılıb. Hərəkatçının qardaşının verdiyi məlumata görə, Ə.Abbasi 38 gün ETTELAAT təcridxanasında işgəncələrə məruz qalıb. ("OLAYLAR"İA)

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar