SON XƏBƏRLƏR

Əfqanıstan, öz ərazisindən İrana qarşı istifadəyə qarşı çıxıb

2021.10.20, 07:36
Əfqanıstan, öz ərazisindən İrana qarşı istifadəyə qarşı çıxıb

Gunaz.tv
Əfqanıstan, öz ərazisindən İrana qarşı istifadəyə qarşı çıxıb Həmid Karzay: «Hərbi qarşıdurmalardan Əfqansıtanın dinc sakinlərinin zərər çəkməsini istəmirəm» Əfqanıstan prezidenti Həmid Karzay, ABŞ tərəfindən İrana qarşı onun ölkəsinin ərazisindən istifadə etməsinə qarşı çıxıb. O, bu günkü müsahibəsində bilodirib ki, Əfqanstan hökuməti tərəflər arasında balansı qorumağa çalışır. Həmid Karzay onu da deyib ki, hərbi qarşıdurmalardan Əfqansıtanın dinc sakinlərinin zərər çəkməsini istəmir. ----------------------------------------------------------------------- Azərbaycan ABŞ-dan üç müasir vertolyot alır ABŞ-ın «United Technologies» Korporasiyasının törəmə qurumu olan «Sikorsky Aircraft Corp.» şirkəti «Azərbaycan Hava Yolları» (AZAL) Dövlət Konserni ilə «S-92®» vertolyotlarının satışına dair müqavilə imzalayıb. «APA-ECONOMICS»in məlumatına görə, bu barədə şirkət «Farnboro» Beynəlxalq Aviasiya Şousu çərçivəsində açıqladığı rəsmi məlumatda bildirilir. Şirkətin yaydığı məlumata görə, 2011-ci ildə Azərbaycana təhvil veriləcək «S-92®» VİP vertolyotu xüsusi korporativ şəxslərin müxtəlif qısa məsafəlrdə daşınmasında istifadə ediləcək. Müqaviləyə görə, VİP vertolyotla yanaşı şirkət birincisi 2010-cu ildə çatdırılmaqla Azərbaycana daha iki «S-92®»ni satmağı planlaşdırır. Bu vertolyotlar 19 sərnişinin daşınması üçün nəzərdə tutulub və müxtəlif hava şəraitində dənizdə yerləşən neft-qaz yataqlarına işçi heyətinin aparılmasında istifadə olunacaq. Şirkət satış qiymətini açıqlamasa da, «APA-ECONOMICS»in araşdırmasına görə, «S-92®» vertolyotlarının Avropa bazarında qiyməti təxminən 16-17 mln. ABŞ dolları təşkil edir, VİP modelinin qiyməti isə 20 mln. dollardan artıqdır. 525

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar