SON XƏBƏRLƏR

General Vəli Kiçiyin səhhəti pisləşib

2021.10.20, 07:36
General Vəli Kiçiyin səhhəti pisləşib

Gunaz.tv
General Vəli Kiçiyin səhhəti pisləşib “”Ergenekon işi” ilə bağlı həbs edilmiş istefada olan general, Dünya Azərbaycanlıları Konqresinin üzvü Vəli Kiçik xəstəxanaya aparılıb. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, iyulun 15-nə keçən gecə ürəyində və böyrəyində kəskin ağrılar hiss edən V. Kiçik saxlanıldığı Kocaeli bölgəsinin Kandıra qəsəbəsi ərazisindəki həbsxanadan çıxarılaraq Kocaeli dövlət xəstəxanasına aparılıb. Hazırda generalın müalicəsi davam edir. Xatırladaq ki, bir müddət əvvəl V. Kiçiyin ürəyində əməliyyat aparılıb. ----------------------------------------------------------------------- Əfqanıstanda iki Türkiyə vətəndaşı oğurlanıb 12:10 15-07-08 İki Türkiyə vətəndaşı Əfqanıstanda naməlum silahlılar tərəfindən oğurlanıb. Məlumatı «Reuters» agentliyi yayıb. Yerli polisdən bildirilib ki, türk mühəndislər ölkənin qərbində yoxa çıxıblar. Onlar həmin ərazidə inşaat layihəsində çalışırlarmış. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar