SON XƏBƏRLƏR

Beynəlxalq Əfv Təşkilatı İranda edam cəzasının ləğvini tələb edib

2021.10.20, 07:36
Beynəlxalq Əfv Təşkilatı İranda edam cəzasının ləğvini tələb edib

Gunaz.tv
Beynəlxalq Əfv Təşkilatı İranda edam cəzasının ləğvini tələb edib Edamlar əhalinin psixologiyasına mənfi təsir göstərir Beynəlxalq Əfv Təşkilatı İranda edam cəzasının ləğvini tələb edib. Təşkilatın yaydığı bəyanatda bildirilir ki, son günlər Buşehrdə əhalinin gözü qarşısında 4 nəfər edam edilib. Həmçinin Sənəndəc həbsxanasında da bir nəfər edam olunub. Edam hökmünün əhalinin gözü qarşısında icra edilməsinin insanlara psixoloji təsir göstərdiyini bildirən təşkilat İranın açıq edamların sayına görə dünyada Çinlə bərabər birinci yerdə dayandığını vurğulayıb. İranın Baş Prokurorluğu ötən il edam cəzasının ləğv edildiyini bildirsə də qapalı və açıq şəkildə edamlar davam edir. ("OLAYLAR"İA)

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar