SON XƏBƏRLƏR

Misir erməni iddialarını tanıyır?

2021.10.20, 07:36
Misir erməni iddialarını tanıyır?

Gunaz.tv
Misir erməni iddialarını tanıyır? Misirli arxeoloqlar Dağlıq Qarabağ ərazisində arxeoloji-qazma işləri aparmaq niyyətindir. Qahirədə çıxan "Əl Əhram" qəzetinin əməkdaşı Muşir Musanın məqaləsində bildirilir ki, misirli alimlər Azərbaycanın Ağdam rayonunun ərazisində yerləşən və qədim alban dönəminə aid olan Aquen tarixi abidəsinin yaxınlığında qazma işlərinə başlamaq fikrindədir. Fəqət "Əl Əhram"dakı məqalədə qazıntıların "Ağdam rayonu ərazisində aşkarlanmış qədim erməni şəhəri Tiqranakert çərçivəsində olacağı" vurğulanır. Ötən il Dağlıq Qarabağın "tarixçi"ləri ilə Ermənistan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun arxeoloqları Ağdam ərazisində "qədim erməni şəhəri Tiqranakertin qalıqları"nı aşkarladıqlarıı bildirmişdilər. Ermənilər əslində Ağdama bu adı verərək, şəhərin "qədim erməni köklərinin mövcudluğu"nu göstərməyə çalışırlar. "Misir Arxeoloji Abidələr Şurasının razılığı ilə qədim Tiqranakaert şəhərinini qalıqları ilə bağlı qazıntı işləri çərçivəsində alimlərimiz Dağlıq Qarabağa yollanacaq. Şəhərin qalıqları Ermənistan Milli Elmlər Akademiyasının Arxeologiya İnstitutunun professoru, tarix elmləri doktoru Hamlet Petrosyanın başçılıq etdiyi ekspediya zamanı tapılıb. Tiqranakertlə bağlı layihə "Yerkir" qeyri-hökumət təşkilatı tərəfindən maliyyələşdirilir. Tiqranakert şəhəri və onun yaxınlığındakı yaşayış məntəqələrinin əsası erməni çarı Böyük Tiqran tərəfindən qoyulub. Bu çarın imperiyasının hüdudları müasir Suriyanın şimal bölgələri və Türkiyənin Diyabəkir vilayətinədək uzanırdı", - Muşir Musanın məqaləsində deyilir. Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşları isə belə iddiaları gülünc sayırlar. Ən azı ona görə ki, ermənilər indiyədək "Tiqranakert" adlı 12 şəhərin olduğunu iddia edirlər. "Guya erməni çarı Böyük Tiqran tərəfindən əsası qoyulduğu iddia edilən belə "paytaxt"lardan biri də Türkiyənin Diyarbəyir vilayətində, Van gölündən cənub-şərqdə yerləşir. Bundan başqa, Ermənistanda iki, Rusiyanın Stavropol diyarında isə bir "Tiqran paytaxtı"nun olduğu iddia olunur. Ymumiyyətlə, ermənilər ciddi-cəhdlə "Tiqranakert" mifini yaymaqla Dağlıq Qarabağın qədim "erməni torpağı" olması, burada da "çar Tiqranın paytaxtının yerləşməsi" barədə idiot mülahizələri vasitəsilə Ağdam rayonunu erməniləşdirməyə çalışırlar", - arxeoloq Mahir Quliyev söylədi. Onun dediyinə görə, ermənilər çar II Tiqranın əmri ilə indiki Dağlıq Qarabağda dörd yaşayış məntəqəsinin salındığını vurğulayırlar ki, onlardan biri də guya Ağdam-Ağdərə şossesinin solunda, Şahbulaq kəndi yaxınlığındadır. Ermənistan Milli Elmlər Akademiyasıın Tarix və Etnoqrafiya İnstitutunun əməkdaşları orada da qazıntı işləri apararaq qədim Albaniyaya aid qalıqları "erməni tarixi izləri" kimi qələmə veriblər. Ermənilərin iddiaları və istəkləri bəllidir. Lakin İslam Konfransı Təşkilatının üzvü olan, Azərbaycanın ərazi bütövlüyü və sərhəd toxunulmazlığını dəstəkləyərək Dağlıq Qarabağla ətraf rayonların ermənilər tərəfindən işğalını tanıyaraq pisləyən Misirin belə avantüraya qoşulması ən azı təəccüb doğurur. Misir Xarici İşlər Nazirliyi isə arxeoloq alimlərinin ermənipərəst təşəbbüslərindən bixəbər olduğunu, Dağlıq Qarabağ işğaldan azad oluna qədər orada Azərbaycanın icazəsi və razılığı olmadan hər hansı arxeoloji-qazma işlərində misirli alimlərin iştirakını yolverilməz saydığını bəyan edib. Hüseyn BAKUVİ express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar