SON XƏBƏRLƏR

Türklər AKP-yə inanmır

2021.10.20, 07:36
Türklər AKP-yə inanmır

Gunaz.tv
Türklər AKP-yə inanmır Beynəlxalq "Political Researcher" sosioloji tədqiqat agentliyinin iyul ayının əvvəlindən bəri Türkiyənin 32 vilayətində 2868 nəfər arasında keçirdiyi sorğunun nəticələri isə göstərir ki, türklər "Ergenekon" əməliyyatı və bununla bağlı həbsləri hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyasının (AKP) qapadılması tələbi ilə başlanmış məhkəmə prosesinə cavab sayırlar. Respondentlərin 40,8%-i şübhə etmir ki, "Ergenekon" əməliyyatı ilə bağlı suçlananlar günahsız tutulublar və onları günahı vətənpərvər, müxalifətçi olmalarıdır. Sorğuya qatılanların 41,9% iqtidardakı AKP-nin potensial rəqib sandığı adamları və qüvvələri bu minvalla zəiflədib susdurmağa çalışdığını vurğulayıb. İqtidarın və hakimiyyətə yaxın medianın aramsız iddialarına rəğmən, Türkiyə vətəndaşlarının 60,3%-i "Ergenekon"un terrorçu, dövlət çevrilişi hazırlayan və sui-qəsdləri həyata keçirən təşkilat olduğuna inanmadığını söyləyib. "Ergenekon" barədə deyilənlərə inananların sayı isə 26,7%-dir. AKP-nin istintaqa ciddi təzyiq göstərdiyinə isə sorğuya iştirakçılarının 43,4%-i şübhə etmir. Respondentlərin 33,2%-i hakimiyyətdəki AKP-nin ölkədə Şəriət qaydaları ilə idarə olunan qurmaq istədiyini, 50,6%-i isə Türkiyədə heç zaman belə dövlət sisteminin bərqərar olmayacağına inandığını vurğulayıb. Sorğu iştirakçılarının 20,1%-i AKP iqtidarının ölkənin inkişafına çalışdığını, 60,3%-i isə əksinə, bu partiyanın ölkəni geriyə sürüklədiyini düşünür. express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar