SON XƏBƏRLƏR

Ermənistan və Türkiyə arxivlərinin əməkdaşları ABŞ-a dəvət olunacaqlar

2021.10.20, 07:36
Ermənistan və Türkiyə arxivlərinin əməkdaşları ABŞ-a dəvət olunacaqlar

Gunaz.tv
Ermənistan və Türkiyə arxivlərinin əməkdaşları ABŞ-a dəvət olunacaqlar mari_yovanovich.jpg Bunu ABŞ-ın Ermənistandakı səfiri vəzifəsinə namizəd Mari Yovanoviç, senator Barak Obamanın suallarını cavablandırarkən bildirib «ABŞ-ın Ankaradakı səfirliyi Türkiyə hökuməti ilə 1915-ci il hadisələrinin öyrənilməsi üçün əməkdaşlıq edir. Bundan başqa, ABŞ-ın Ermənistandakı və Türkiyədəki səfirlikləri iki ölkə hökuməti arasında dialoqun qurulması cəhdlərini dəstəkləyir və bunun üçün bütün imkanlardan istifadə edir». Bunları ABŞ-ın Ermənistandakı səfirliyinə namizəd Mari Yovanoviç senator Barak Obamanın yazılı suallarına cavabında bildirib. Məlumatı Amerika Erməni Milli Komitəsi yayıb. Mari Yovanoviçin sözlərinə görə. ABŞ administrasiyası International Visitor Program layihəsinin reallaşdırılması üçün əsas yaradılması üzərində işləyir və bu layihə çərçivəsində Türkiyənin dövlət arxivlərinin əməkdaşları Amerikaya gələrək, ABŞ-da tarixin öyrənilməsi mexanizmləri ilə tanış olacaqlar. Səfir postuna namizəd onu da deyib ki, erməni mütəxəssislər də proqramda iştiraka dəvət ediləcək. Ağ Ev ümid edir ki, bundan sonra Ermənistan və Türkiyə arxivlərinin əməkdaşları problemi birgə araşdıra biləcəklər. Senatorun, Türkiyə Cinayət Məcəlləsinin 301-ci maddəsinə münasibətlə bağlı sualını cavablandıran Mari Yovanoviç qeyd edib ki, ABŞ administrasiyası Türkiyə hökumətinə izah edib ki, söz azadlığı əleyhinə olan belə addımlar Türkiyənin Avropa Birliyinə daxil olmaq cəhdləri ilə ziddiyyət təşkil edir. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar