SON XƏBƏRLƏR

ABŞ ümid edir ki, Abdulla Gül İrəvana gedəcək

2021.10.20, 07:36
ABŞ ümid edir ki, Abdulla Gül İrəvana gedəcək

Gunaz.tv
ABŞ ümid edir ki, Abdulla Gül İrəvana gedəcək gul_sarkisyan.jpg «Hürriyət» qəzeti: «Ağ Ev iki qonşu ölkə arasında əlaqələrin nomallaşması ilə bağlı müzakirələrin aparılmasını arzulayır» ABŞ administrasiyası ümid edir ki, Türkiyə prezidenti Abduülla Gül, Ermənistanın dövlət başçısı Serj Sarkisyanın sentyabrda Ermənistan və Türkiyə millilərinin qarşılaşmasını birgə izləməklə bağlı dəvətini qəbul edəcək. Bu barədə məlumatı Türkiyənin «Hürriyət» qəzeti yayıb. Qəzetin məlumatına görə, ABŞ rəsmilərindən biri bildirib ki, Ağ Ev iki qonşu ölkə arasında əlaqələrin nomallaşması ilə bağlı müzakirələrin aparılmasını arzulayır. Qəzet yazır ki, Türkiyə, 1991-ci ildə Ermənistanın müstəqilliyini tanıyan ilk ölkələrdən olub. Lakin Ermənistanın qondarma soyqırım iddiaları ölkələr arasında diplomatik əlaqələrin qurulmasına mane olur. Qəzetdə o da bildilir ki, Ermənistan Azərbaycan ərazilərini işğal etdikdən sonra Türkiyə-Ermənistan sərhədləri bağlanıb. Xatırladaq ki, Ermənistan prezidenti Serj Sarkisyan, iyulun 5-də Astanada Türkiyə prezidentini İrəvana dəvət edib. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar