SON XƏBƏRLƏR

IRANDA ƏN BÖYÜK TƏLƏBƏ TƏŞKİLATININ İKİ RƏHBƏRİ HƏBS EDİLİB

2021.10.20, 07:36
IRANDA ƏN BÖYÜK TƏLƏBƏ TƏŞKİLATININ İKİ RƏHBƏRİ HƏBS EDİLİB

Gunaz.tv
ƏN BÖYÜK TƏLƏBƏ TƏŞKİLATININ İKİ RƏHBƏRİ HƏBS EDİLİB b.hidayetvem.hashimi-1.jpg Məhəmməd Haşimi və Bəharə Hidayəti ETTELAAT əməkdaşları İranın ən böyük tələbə təşkilatı olan Vəhdəti Möhkəmləndirən Qurumun Mərkəzi Şurasının iki üzvünü həbs ediblər. «Media forum» saytının məlumatına görə, dünən ETTELAAT əməkdaşları qurumun təşkilat məsələləri sorumlusu Məhəmməd Haşimi və qadınlar komissiyasının rəhbəri Bəharə Hidayəti mənzillərindən aparıblar. Onların hazırda Tehranın Evin zindanının 209-cu korpusunda saxlandığı vurğulanır. B.Hidayətin anası Məhbubə Cavadi «Azadlıq» radiosunun fars redaksiyasına açıqlamasında deyib: «Sübh saat 7-də evin zəngi çalındı. Qapını açanda bir neçə məmuru gördüm. Onlar evdə yoxlama aparmaq üçün gəldiklərini bildirdilər. İki kişi və bir qadın məmur evə girib hər yeri alt-üst etdikdən sonra qızımın bir neçə CD-sini və əlyazmalarını müsadirə edərək onunla birlikdə apardılar». M.Haşimi və B.Hidayət bir il əvvəl də qurumun digər üzvləri ilə birlikdə həbs edilmiş, Evin həbsxanasının 209-cu korpusunda bir ay saxlandıqdan sonra azadlığa buraxılmışdılar. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar