SON XƏBƏRLƏR

GİROVLUQDA OLAN İKİ «SEPAH»çının GÜLLƏLƏNDİYİ AÇIQLANIB

2021.10.20, 07:36
GİROVLUQDA OLAN İKİ «SEPAH»çının GÜLLƏLƏNDİYİ AÇIQLANIB

Gunaz.tv
GİROVLUQDA OLAN İKİ «SEPAH»çının GÜLLƏLƏNDİYİ AÇIQLANIB İran Xalq Müqaviməti Hərəkatı («Condollah») təşkilatı öz saytında yerləşdirdiyi rəsmi bəyanatda girov saxladığı İran İnqilab Keşikçiləri Korpusunun («Sepah») daha iki üzvünün güllələndiyini açıqlayıb. «Media forum» saytının məlumatına görə, bəyanatda bildirilir ki, «Sepah»çılar Cavad Həsənzadə və İsmayılzadə (adı verilmir) bəluc xalqına qarşı törətdikləri cinayətə görə edam ediliblər. Bəyanatda İran rejiminə xəbərdarlıq da yer alıb. Bildirilir ki, İran rejimi təşkilatın həbsdə saxladığı üzvlərini iki həftə içində azadlığa buraxmasa, təşkilat girov götürdüyü «Sepah» üzvlərini bir-bir edam edəcək. Əbdülmalik Riginin başçılıq etdiyi «Condollah» bəluc xalqının milli hüquqları uğrunda mübarizə apardığını iddia edir. Təşkilatın əsas bazaları Pakistan ərazisində yerləşir. İyunun 14-də Pakistan hökuməti «Condollah»ın bir neçə üzvünü, o cümlədən təşkilat rəhbəri Ə.Riginin qardaşı Əbdülhəmid Rigini İrana təhvil verib. Bu şəxslərin İrana təhvil verilməsindən iki gün əvvəl naməlum silahlı şəxslər sərhədyanı Səravan məntəqəsində hüquq-mühafizə qüvvələrinin qərargahına silahlı basqın edərək 16 iranlı hərbiçini girov götürmüşdü. Girovların Pakistan ərazisinə aparıldığı güman olunur. İyunun 19-da «Condollah» bəyanat yayaraq 16 İran hərbiçisindən 2-nin güllələndiyini açıqlamışdı. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar