SON XƏBƏRLƏR

AKP PKK-ya qarşı döyüşənləri və Atatürkçüləri cəzalandırmağa çalışır

2021.10.20, 07:36
AKP PKK-ya qarşı döyüşənləri və Atatürkçüləri cəzalandırmağa çalışır

Gunaz.tv
AKP PKK-ya qarşı döyüşənləri və Atatürkçüləri cəzalandırmağa çalışır aykut.jpg Hərbi Prokurorluq isə prokuror Zəkəriyyə Özə müraciət edərək ordu generallarıyla bağlı istintaq materiallarını istəyib İctimaiyyət son dövrdə yaşanan böhranın əsas günahkarı kimi AKP və baş nazir Rəcəb Tayyib Ərdoğanı görür Dünən İstanbul Cümhuriyyət baş prokuroru Aykut Çengiz Engin "Ergenekon" adlandırılan istintaqın başa çatdığını, müvafiq iddianamənin hazırlandığını, 86 nəfər (48 nəfər həbsdə, 38 nəfər həbsdə olmayan) haqqında cinayət işi başlanıldığını açıqlayıb. Həmin şübhəlilər "silahlı terror təşkilatı qurmaq və idarə etmək", silahlı terror qrupuna üzv olmaq", "silahlı terror təşkilatına yardım etmək", "zor və şiddətdən istifadə etməklə Türkiyə Cümhuriyyəti hökumətini ortadan qaldırmaq", "xalqı silahlı üsyana təhrik", "partlayıcı saxlamaq", "Ali Məhkəməyə hücumu və Cumhuriyyət qəzetində partlayıcı cinayətini ört-basdır etmək", "dövlətin təhlükəsizliyilə bağlı gizli sənədləri əldə etmək", "şəxsi məlumatları qeyd etmək", "əsgəri itaətsizliyə təşviq", "xalqı kin və düşmənçiliyə təhrik" və s. oxşar cinaytlərə görə təqsirləndirilirlər. Göytürk Mətbuat konfransında Aykut Çengiz Engin 12 iyun 2007-ci ildə İstanbulun Ümraniyyə rayonundakı bir evdə tapılan əl bombalarıyla bağlı başladılan, sonradan əldə edilən sənədlərə əsaslanan genişləndirilən istintaqın önəmli bir hissəsinin yekunlaşdığını söyləyib. Onun sözlərinə görə, istintaqı aparan üç prokurorun hazırladığı iddianamə iyulun 14-də İstanbul 13-cü Ağır Cəza Məhkəməsinə təqdim olunub. Hazırda əməliyyat və istintaq davam edir. Mətbuatın ciddi tənqidlərinə məruz qalan istintaqın bir il uzandığını qeyd edən prokuror istintaqın çox geniş miqyaslı olduğunu, şübhəlililərin sayının çox olmasını əsas gətirib. Bütün sənədlərin toplanmasının vacib olduğunu, 451 başlığı olan 2 min 455 səhifəlik bir iddiamənin hazırlandığını açıqlayıb. Çengiz Engin məhkəmənin iddianaməni qəbul və ya rədd edəcəyi haqqında hələlik konkret qərarın məlum olmadığını deyib. Baş prokuror iddianamədə adı keçən qrupun hər kəsin bildiyi anlamda klassik separatçı və ya ideoloji terror təşkilatı olmadığını bildirib. O, ötən il AKP-yə yaxın "Hokta" jurnalında çap olunmuş "Dərbə gündəlikləri" adlanan yazıların istintaqın tamamlanmış bölümündə, eyni zamanda 1 iyul 2008-ci ildə həyata keçirilmiş əməliyyatın istintaqın çərçivəsində baxılmadığını açıqlayıb. Jurnalistlərin suallarını cavablandıran baş prokuror bildirib ki, istintaqın adını prokurorlar verməyib, bu təşkilatın qurulmasında adı keçən şəxslərin örgütə verdiyi addır. İstanbul Cümhuriyyət baş prokuroru Aykut Çengiz Engin qanuvericilikdə iddianamənin qəbulu üçün 15 gün nəzərdə tutulduğunu, amma məhkəmənin iddianaməni araşdırmasının nə qədər sürəcəyini bilmədiyini açıqlayıb. Təşkilat rəhbərlərinin bütün maddələrlə ittiham olunduqlarını söyləyən Çengiz Engin deyib ki, istefada olan ordu generalları Hurşid Tolon, Şener Eruyğur və Ankara Ticaarət Odası başqanı Sinan Aygün üçün ayrıca iddianamə hazırlanacaq. Prokurorun bu açıqlamasına münasibət özünü çox gözlətməyib. CHP-nin baş müşaviri Mustafa Özyürək "Erkenekon" iddianaməsilə bağlı fikirlərini açıqlayarkən bildirib ki, əvvəllər çevriliş gündəlikləri, çevrilişə cəhdlə bağlı söhbətlər gedirdi, amma indi çevrilişlə bağlı gündəlik ittihamnamədə əksini tapmayıb: "Bu mərhələyə qədər dağ siçan doğdu". Türkiyə cəmiyyətinin "çevrilişçilər və çevrilişə qarşı olanlar" deyə iki yerə ayrıldığını söyləyən Mustafa Özyürək üsyana təşviqlə çevriliş arasında böyük fərq olduğunu söyləyib: "Buna görə də iddialar boşa çıxıb. Məhkəmənin həqiqətləri üzə çıxaracağını düşünürük. Həm İlhan Səlcüq, həm Mustafa Balbay şübhəlilərdir. İddianamədə bu şəxslər öz qəzetlərinə bomba qoymuş kimi təqsirləndirilir. İddianamənin hamısı ortaya qoyulanda daha ciddi ziddiyyətlər aşkarlanacaq". DSP-nin baş katibi Masum Türker ortaya çıxan iddianaməylə "Ergenekon" istintaqının yönləndirilməsinin üzə çıxdığını söyləyib. İstintaqın siyasi məqsəd daşıdığını, bunu təsdiqləmək üçün müxtəlif arqumentlər gətirən Masum Türker daxili işlər nazirinin istefa verməsini vacib sayıb. Cümhuriyyət Xalq Partiyasınının Kocaeli millət vəkili Hikmət Erenkaya isə iyulun 1-də həbs olunan və hazırda Kocaeli bölgəsinin Kandıra qəsəbəsidəki həbsxanada saxlanılan ordu generalı Hurşid Tolonla görüşüb. Onun ilk ziyarətçisi olan Hikmət Erenkaya istefada olan ordu generalının mesajlarını cəmiyyətə çatdırıb. Hurşid Tolonla uzun illərdir dost olduğunu, birlikdə Atatürk prinsiplərinin qorunması istiqamətində mübarizə apardıqlarını deyən Hikmət Erenkaya generalla həbsxananın görüş otağında şüşə arxasından telefonla danışdıqlarını bildirib: "Mənə dövlətini, dostlarını və ailəsini çətinliyə salacaq heç bir hərəkətə yol vermədiyini, son dərəcə rahat olduğunu, milli dövlət sistemini sona qədər müdafiə edəcəyini söylədi. Elə bizi bir araya gətirən amil də dostluqdan öncə bu fikir birliyidir". Erənkaya Tolonun səhhətinin yaxşı olduğunu da söyləyib. O, eyni həbsxanada saxlanılan digər ordu generalı Şener Eruyğur və Ankara Ticarət Odasının sədri Sinan Aygünü də ziyarət edəcəyini vurğulayıb. Bu siyasi istintaq prosesi nəticəsində tutulan jurnalist Vedad Yenererin vəkili Vural Ergül iddianamənin müdafiə tərəfinə təqdim olunmasını vacib sayıb. Onun sözlərinə guya "Ergenekon" təşkilatının quruluş mətnlərini yazdığını deyən Tuncay Güneyin hər hansı ifadəsi iddianamədə yoxdur. Ergül hüquqa zidd istintaq prosesilə bağlı iddia qaldıracaqlarını, məhkəməyə müraciət edəcəklərini açıqlayıb. İstanbul Cümhuriyyət baş prokuroru Aykut Çengiz Enginin iddinamənin açıqlanmasıyla bağlı keçirdiyi mətbuat konfransını dinləyən AKP sədrinin müavini Cəmil Çiçək jurnalistlərin suallarını cavabsız buraxıb. Türkiyə mətbuatı isə "Ergenekon" istintaqı çərçivəsində gözaltına alınan və həbs olunanlar haqqında iddianamədə şübhəlilərə "Öcalan" cəzasının istəndiyini yazıb. İddianaməyə görə, mühakimə olunanlar terrorçu Abdulla Öcalan kimi ağırlaşdırılmış maddələrlə cəzalandırılacaqlar. Bu maddələr 27 ildən 61 ilədək cəzanı nəzərdə tutur. Dünən isə məlum olub ki, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı iyulun 1-də həbs edilmiş və terror təşkilatı qurmaqda ittiham edilən ordu generalları Şener Eruyğur və Hurşid Tolonla bağlı mülki prokurorluqda aparılan istintaqla maraqlanmağa qərar verib. Baş Qərargahın Hərbi Prokurorluğu "Ergenekon işi" ilə bağlı istintaqı aparan prokuror Zəkəriyyə Özə müraciət edərək Şener Eruyğur və Hurşid Tolonla bağlı istintaq materiallarını istəyib. Dünən AKP-yə yaxınlığıyla seçilən "Metropol" araşdırma mərkəzi növbəti sorğusununun nəticələrini açıqlayıb. "Vətən" qəzetinin xəbərinə görə, ictimaiyyət son dövrdə yaşanan böhranın əsas günahkarı kimi AKP və baş nazir Rəcəb Tayyib Ərdoğanı görür. Anketdə rəyi soruşulanların 63 faizi AKP-nin qapadılmasına qarşı çıxsa da, Rəcəb Tayyib Ərdoğanın göstərəcəyi partiyaya səs verənlərin sayı cəmi 44 faiz olub. Ötən ilin iyulun 22-də AKP-yə səs verənlərin 13 faizi isə Ərdoğanın göstərəcəyi partiyaya səs verməyəcəklərini bildirib. İyunun 26-27-də Türkiyənin 26 bölgəsində 557 respondent arasında keçirilən sorğuda məlum olub ki, əhalinin 25,1 faiz AKP-nin qapadılmasına müsbət yanaşır. AKP-yə səs verənlərin 10 faizi isə hakim partiyanın qapadılmasını dəstəkləyir. Respondentlər prezident Abdulla Gülün vəzifəsini yerinə yetirmə tərzinə isə 10 ballıq şkala ilə 7,2 bal verib. xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar