SON XƏBƏRLƏR

«Ergenekon»la bağlı 2455 səhifəlik ittiham

2021.10.20, 07:36
«Ergenekon»la bağlı 2455 səhifəlik ittiham

Gunaz.tv
Baş prokuror “Ergenekon” adının istintaqa prokurorlar tərəfindən verilmədiyini bildirib Dünən yerli vaxtla saat 10.45-də Istanbulun Beşiktaş rayonundakı Ağır Cəza Məhkəməsinin həyətində Istanbul cümhuriyyət baş prokuroru Aykut Cengiz Engin ictimaiyyətə “Ergenekon prosesi” kimi təqdim edilən istintaqın ittihamnaməsini açıqlayıb. APA-nın xəbərinə görə, baş prokuror 13 aydır gözlənilən ittihamnamənin gec elan edilməsinin səbəbini istintaq prosesində yüz minlərlə səhifədən ibarət sənədin araşdırılması, bunun nəticəsində yeni həbslərin aparılması, bir çox həbsdən sonra məhkəməyə şikayətlərin daxil olması ilə əsaslandırıb. O, ittihamnamənin 2455 səhifə olduğunu bildirib. A.C.Engin ittihamnamədə adı keçən 48 nəfərin terror təşkilatı qurmaq, onu idarə etmək, hökumətin fəaliyyətini əngəlləmək məqsədilə xaos yaratmaqda ittiham olunduğunu söyləyib. Baş prokuror “Ergenekon” adının istintaqa prokurorlar tərəfindən verilmədiyini, həbs edilən şübhəli şəxslərin öz fəaliyyətlərində belə bir addan istifadə etdiklərini deyib. O, iyulun 1-də həbs edilmiş 10 nəfər haqqında hələlik ittihamnamə hazırlanmadığını, bu şəxslər barədə hazırlanacaq itttihamnamənin prosesə əlavə ediləcəyini açıqlayıb. Qeyd edək ki, “Ergenekon” işi üzrə istintaq 2007-ci il iyunun 12-də Istanbulun Ümraniyyə səmtində 27 əl qumbarasının tapılmasından sonra başlayıb. Istintaq çərçivəsində “Musanın çocukları: Tayyip ve Emine”, “Musanın Gülü”, “Musanın mücahidi: Bülent Arınç”, “Musanın AKP-si” adlı kitabların müəllifi Ərgün Poyraz, istefada olan general-mayor Vəli Kiçik, Işçi Partiyasının sədri Doğu Pərinçək, ordu generalları Şənər Əruyğur və Xurşid Tolon, Ankara Ticarət Palatasının sədri Sinan Aygün kimi tanınmış şəxslər həbs edilib. Istanbuldakı 13-cü Ağır Cəza Məhkəməsi 15 gün ərzində baş prokurora məhkəmə istintaqının başlayıb-başlamayacağına dair cavab verəcək. « Əvvələ qayıt

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar