SON XƏBƏRLƏR

Əhmədineyad darıxıb.İran prezidenti Tehranda ABŞ səfirliyinin açılmasını mümkün sayır

2021.10.20, 07:36
Əhmədineyad darıxıb.İran prezidenti Tehranda ABŞ səfirliyinin açılmasını mümkün sayır

Gunaz.tv
Əhmədineyad darıxıb İran prezidenti Tehranda ABŞ səfirliyinin açılmasını mümkün sayır İran prezidenti Mahmud Əhmədineyad bəyan edib ki, Tehranda Amerikanın diplomatik missiyasının açılmasına etiraz etmir. Hökumət üzvləri ilə görüşünündən sonra yurnalistlər qarşısında çıxış edən prezident bildirib ki, İran iki ölkə arasındakı münasibətlərin yaxşılaşdırılmasına xidmət edə bilən hər hansı bir addımı aqlışlayar. Onun sözlərinə görə, Amerika tərəfindən diplomatik nümayəndəliyin açılmasına dair rəsmi müraciət olmayıb, lakin belə bir təklif İran tərəfindən müsbət qarşılanardı. Ötən ay məlumat yayılmışdı ki, Vaşinqton diplomatik əlaqələri rəsmən bərpa etmədən Amerikanın İranda mövcudluğunu təsis etməyi nəzərdən keçirir. İki ölkə arasında diplomatik əlaqələr 1980-ci ildə İranda İslam İnqilabı baş verdikdən və həmin hadisələr zamanı Tehranda Amerikanın diplomatik korpusu girov götürüldükdən sonra kəsilib. İki ölkə arasında münasibətlər İsveçrə vasitəsilə həyata keçirilir. İran, həmçinin silsilə raket sınaqlarından sonra nüvə proqramına dair yeni danışıqlar keçirməyi təklif edib. "İRNA" xəbər agentliyinin məlumatına görə, Avropa Birliyi ilə danışıqlarda İranı təmsil edən Səid Cəlili Havyer Solana ilə iyulun 19-da Cenevrədə görüşəcək. Hələ ki, cənab Solananın idarəsi bunu təsdiq etməsə də, "BBC"nin Tehrandakı müxbiri bildirib ki, İran danışıqlar arzusunda olsa da, onun güzəştə gedib-getməyəcəyi bilinmir. kaspi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar