SON XƏBƏRLƏR

«SEPAH» QÜVVƏLƏRİNƏ YENİ KOMANDANLAR TƏYİN EDİLİB

2021.10.20, 07:36
«SEPAH» QÜVVƏLƏRİNƏ YENİ KOMANDANLAR TƏYİN EDİLİB

Gunaz.tv
İran İnqilab Keşikçiləri Kropusunun («Sepah») komandanı Məhəmmədəli Cəfəri «Sepah»ın quru qüvvələrinə, «Bəsic» müqavimət qüvvələrinə və «Sarəllah» qərargahına yeni komandanlar təyin edib. «Media forum» saytının məlumatına görə, «Sepah» komandanının imzaladığı sərəncama əsasən, ruhani olan Hüseyn Taib «Sepah» komandanının müavini və «Bəsic» qüvvələrinin komandanı vəzifəsinə təyin olunub. General Hüseyn Həmədani Talibin müavini vəzifəsinə gətirilib. General Məhəmməd Əsədi «Sepah»ın quru qüvvələrinin komandanı təyin edilib. O, general Məhəmmədrza Zahidini əvəzləyib. «Bəsic» müqavimət qüvvələrinin komandanı vəzifəsindən çıxarılan general Məhəməd Hecazi isə «Sepah» komandanının müavini vəzifəsində qalmaq şərtilə «Sarəllah» qərargahına rəis təyin olunub. Tehranın şimalında, Evin zindanının yaxınlığında yerləşən «Sarəllah» qərargahı paytaxtın təhlüksizliyini qoruyan əsas qurum kimi tanınır. «Bəsic» hökumət tərəfdarı olan könüllülər dəstəsiir. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar