SON XƏBƏRLƏR

GÜNEYDƏ YENİ TƏZYİQ DALĞASI

2021.10.20, 07:36
GÜNEYDƏ YENİ TƏZYİQ DALĞASI

Gunaz.tv
Güneydən Azərbaycan fəallarına qarşı təzyiqlərin şiddətlənməsi xəbərləri gəlir. Son günlər Azərbaycan dilində nəşr olunan iki qəzetin qapadıldığı, beş tələbənin təhsilinə qadağa qoyulduğu, bir nəfərin həbs edildiyi, bir müəllimin işdən çıxarıldığı, bir jurnalistin isə Təbriz məhkəməsinə çağırıldığı bildirilir. «Media forum» saytının məlumatına görə, son günlər Ərdəbilin «Pəyami-nur» Universitetində tələbə fəalı Əsgər Əkbərzadənin baş redaktorluğu ilə nəşr olunan «Sayan» qəzetinin fəaliyyətinə qadağa qoyulub. Binab şəhərində isə ETTELAAT əməkdaşları Binab Azad Universitetinin nəşriyyatında «Aydın gələcək» tələbə qəzetinin nəşrinə mane olublar və bu qəzetin işıq üzü görmüş bütün nüsxələrini müsadirə ediblər. Güney mənbələri xəbər verir ki, bir neçə gün əvvəl Təbriz ETTELAAT idarəsinin əməkdaşları güneyli fəal Qulam Nəcəfinin mağazasına gələrək hər hansı izahat vermədən onu aparıblar. Q.Nəcəfinin mağazadakı bir sıra kitab və qəzetləri, həmçinin evindəki əşyaları müsadirə olunub. Məlumatda həmçinin Tehran Universitetinin tələbəsi Qadir Kəyani, Əmin Əmami, Nadir Məhd Qarabağ, Nahid Babazadə və Səməd Paşayinin təhsildən məhrum edildiyi bildirilir. Azərbaycanlı müəllim Hüseyn İqbalinin isə işdən çıxarıldığı vurğulanır. Son vaxtlar bir neçə güneyli fəalın şübhəli ölümü barədə məlumatlar yaymış təbrizli müstəqil jurnalist Şahnaz Qulaminin izahat vermək üçün Təbriz məhkəməsinə çağırıldığı da gələn xəbərlər arasındadır. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar