Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib
ABŞ-ın Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransından Azərbaycan liderinə təbrik ünvanlanıb
Xaməneinin dəfn mərasimi ilə bağlı xəbər təkzib edildi
"Hizbullah" Livan və İsrail arasında atəşkəs sazişini rədd edib
Qərbi Azərbaycan əyalətində silah-sursat aşkarlanıb
Böyük Britaniyada İranla əlaqəli olduğu bildirilən qətl planı üzrə yeniyetmənin məhkəməsi başlayıb
Beynəlxalq Əfv Təşkilatı İranda edamlara görə bəyanat yaydı
Qəzvindən olan azərbaycanlı fəal Suri Babayi Çəqini 3 il həbs cəzasına məhkum edilib
Həbsdə olan Müjdə Haşimi Bazərgani saxlanılarkən məruz qaldığı zorakılıq və təzyiqlərdən danışıb
Əhvazda 3 siyasi məhbus edam ediləcək
KİV: İranda vurulan ABŞ F-15E təyyarəsi ehtimal ki, Çin istehsalı raketlə vurulub
WSJ: Tramp yalnız ABŞ hərbçiləri həlak olacağı halda, İranla sazişdən imtina edəcək
Tehranda qadın rejissor həbs edilib
Rubio 2026-cı ildə Türküstan ölkələrinə səfər edəcək
Tramp: Memorandum imzalanan kimi Hörmüz boğazı açılacaq
Tramp: Vaşinqton və Tehran uranın çıxarılması prosesini birgə həyata keçirə bilər
Tramp: İranla razılaşma bu həftəsonu əldə oluna bilər
Rubio: ABŞ İranın uranın zənginləşdirilməsindən imtinası qarşılığında bütün sanksiyaları ləğv etməyəcək
İranda 40-dan çox etirazçı edam edilib
Bir neçə əyalətdə çörək yenidən bahalaşdı
İranda elektrik kəsintiləri yenidən başlayacaq
İranın nüvə proqramına xidmət edən gizli şəbəkə ifşa edildi
Vaşinqton hələ də Tehranın yekun cavabını gözləyir
El-Ninyo geri qayıdır; bu ilki qeyri-adi yağıntılar davam edəcəkmi?
Tramp Türkiyəyə səfər edəcək
İsrail Baş naziri İranda hakimiyyət dəyişikliyinin hələ də gündəmdə olduğunu deyir
BƏƏ İran hücumlarına vahid cavab verməyə çağırır
Küveyt İranın iki diplomatını arzuolunmaz şəxs elan edib
İranda manatın son məzənnəsi
Tramp Hörmüz boğazının blokadasının sentyabra qədər davam edə biləcəyini deyib
Tramp: ABŞ-ın İranla mübarizədə quru qoşunlarına ehtiyacı yoxdur
İran təhlükəsizlik məmurları iki mülki şəxsi öldürdü
Həmədanlı etirazçı edam edildi
Küveyt: İranın hücumu nəticəsində bir nəfər ölüb
15 ildən sonra Azərbaycan Sulduz (Nəqədə) bataqlığı daşıb
SEPAH Zəncanda “Polo restoranı”nı sahibinin həbsindən sonra hərraca çıxarıb
İran İraqın şımalında kürd bazalarını vurdu
“Binab kababı”nın qlobal qeydiyyatı üçün bəlgə hazırlanır
Ali Məhkəmə Məhəmmədrza Fəqihinin əməlinin cinayət olmadığını elan edib
Milli fəllar Ərdəbil Prokurorluğuna çağırılıb
“Etemad”: İranda elektrik balanssızlığının azalması sənayedəki geriləmə ilə bağlıdır
Bəhreyn İranın mülki obyektləri hədəf alan raket və pilotsuz uçuş aparatlarını zərərsizləşdirdiyini bildirib
SEPAH Dubay aeroportunu vurdu - Rəsmi
Babək Azəri hüquqçu Cənubi Afrikalı jurnalist Kevin Karter haqqında belə nəql edirlər: "1993 - cü ildə o, Sudana səfər edir və çalışır yeməyin və suyun qıtlığını yaradan təbii faciə ilə bağlı xəbərlər hazırlasın. O, Sudanın Cənubunda yerləşən bir kənddə bir balaca qız uşağı görür ki, ayaqlarını güclə sürüyə - sürüyə özünə yemək axtarmaq məqsədi ilə yaşadığı yerdən bir başqa yerə gedir. Birdən - birə qız yıxılıb yerdə qalır və çox zəif səslə ondan yardım istəyir. Bu zaman leşdağıdan gəlib qızdan bir qədər aralı onun yanında oturur. Uşağın huşdan getməsini və ya ölməsini gözləyir ki, bu vəziyyət alınandan sonra, onu eşib yesin. Jurnalist bu səhnədən bir neçə şəkil çəkir, amma bir müddət gözləyir ki, leşdağıdan uşağın yaxınlığında qanadların açarkən ondan bir şəkil çəksin. Amma bu işə nail ola bilmir. Nəhayət ki, leşdağıdanı oradan qovur, qızı öz halına buraxıb və o da öz yoluna davam edir. Ancaq bir başqa yerdə ağac altında oturub, bu qız uşağının kədərli hekayəsi onun öz qızını yadına salır və onun ağlamasına səbəb olur. Onun bu hadisədən çəkdiyi şəkillərdən biri tamam dünyada yayılıb, çox şöhrət tapır. Çoxları o işlədiyi qəzetə və jurnalistə məktub və ya telefon vasitəsi ilə müraciət edib, o balaca qız uşağının taleyini soruşurlar. Onlar jurnalisti qınayırlar ki, niyə ona nicat verməyib ? O, özünü müdafiə üçün deyir ki, ancaq o qız deyildi, yüzlərlə balaca uşaq bu şəraitdə idi. Onlara nicat vermək onun imkanından xaric idi. Bir ildən sonra, yəni 1994 - cü ildə jurnalistə çəkdiyi həmin şəkilə görə Pulitzer mükafatı verilir. Amma mükafatı alandan bir neçə ay sonra, o, intihar edir. Və özünə qəsd etməmişdən qabaq yazdığı məktubda etiraf edir ki, o, balaca qız uşağın öz halına buraxdığına xatir həmişə vicdan əzabı çəkib və özün bağışlaya bilməyib." Bu hadisəni nəql etməkdə mənim məqsədim o idi ki, bir insanın, xüsusən balaca uşağın həyatı təhlükə altında olanda etik normalar hökm edir biz ona nicat verməyə çalışaq. Amma, işarə etdiyimiz jurnalist bu balaca qıza nicat vermək yerinə, bir əvəzsiz şəkil çəkməyi üstün tutur. Hətta uzun müddət gözləyir ki, can üstündə olan uşağın kənarındakı leşdağıdan qanadların açan zaman onun şəklini sala. Nəhayət ki, işini görüb onu öz halına buraxır. Bu hadisədən belə bir nəticə almaq olar ki, o, pul və şöhrətə yetişmək üçün bir yaxşı şəkli o balaca qızın həyatından üstün tutur. Burda belə bir sual vermək olar: Etika nədir? Hansı amillərdən asılıdır? Və o, jurnalistikada hansı yeri alır? Etika nədir? "Etika" -- yunan kəlməsi olub, mənası "ənənə" və "adət" -- deməkdir. Biz Azərbaycan dilində bu kəlmənin sinonimi olaraq, "əxlaq" sözündən istifadə edirik. Amma diqqət etməliyik, "etik" və " əxlaq" iki termin kimi məna baxımından bir - birindən fərqlənirlər. Etika -- əxlaq haqqında təlimdir. Başqa cür bu şəkildə ifadə etmək olar: "Etika -- əxlaqın nəzəriyyəsidir." Bir insanın etikasın onun içində olan bir səs ilə müqayisə etmək olar ki, bu səs daim nəyin düz və ya nəyin yanlış olduğunu xatirladır. Etika -- o fikirlərdən və qayda - qanunlardan ibarətdir ki, insan onların əsasında öz əməlin həyata keçirir. Elə bu səbəbə görə, çox böyük əhəmiyyət daşıyır ki, hər bir insan öz xəlvətində inandığı etika üsulların yenidən araşdıra. Burdan belə bir nəticə alıb deyə bilərik ki, insanı heyvandan fərqləndirən əxlaqdır. Əxlaq insana kömək edir düzü yanlışdan, pisi yaxşıdan ayıra. Və bu sualı edə: "Nə üçün? " Amma heyvan öz instikləri əsasında əməl edir. Heyvanlar arasında heç bir qayda - qanun yoxdur ki, onların etdiyi əməllərə nəzarət etsin. İnsan hər vəziyyətdə müxtəlif mümkün olan alternativlərin içindən öz inandığı etik üsullarına uyğun olan alternativi seçir və ona əməl edir.Bu etika üsullarının əsasında həyata keçirilən əməl əxlaq sayılır. Bəs belə demək ola bilər, hər kəs danışığında inandığı etika üsulların nişan verir, amma etdiyi əməl ilə öz əxlaqın nümayiş etdirir. Son iyirmi ildə xüsusən inkişaf tapmış ölkələrdə etik normalar xüsusi diqqət mərkəzinə gəlib. Çünki etika rabitənin nə olduğundan yox, əslində rabitənin necə olduğundan bəhs edir. Etika hökm edir, xüsusən jurnalistika sahəsində ətraflı məlumat verilə və gerçəklər aydınlaşa. Etikaya rəiyyət olunmaması və ya aşağı səviyyədə olması informasiyanın inkişafında mənfi təsir qoyur. O da öz yerində ictimaiyyətin geri qalması ilə nəticələnir. Bu gün dünyanın inkişaf tapmış ölkələrində etika ilə əlaqədar müxtəlif universitetlərdə kurslar bərpa olunur, yeni - yeni kurslar açılır və burda iştirak edənlərin sayı artır. Hal - hazırda ətraf mühit, iqtisadiyyat, siyasət, internet və s. sahələrlə bağlı etika dairələri yaranıb və bu dairələrdə etika ekspertləri müxtəlif mövzularla bağlı etka normaların araşdırırlar. Öz araşdırmaları ilə bağlı hesabatı dövlət dairələrinə və xüsusi orqanlara məsləhət verirlər. Etika hansı amillərdən asılıdır? Üstə qeyd etdiyim kimi bizim davranışımız inandığımız etika normalarının əsasında həyata keçirilir. Etika normaları dünyanın hər yerində eyni deyil. Müxtəlif amillər, o cümlədən siyasi sistem quruluşu, iqtisadiyyat və mədəniyyətdən təsir alır. Elə bu səbəbə görə, imkanı var müəyyən bir əməl bizim fikrimizcə etik normalara uyğun olsa, başqa bir yerdə etik normalara zidd sayıla. Əlbəttə, son illərdə əlaqə texnikası, o cümlədən, internet və satilet texnikası həddən artıq tərəqqi tapıb və dünyanın hər bir tərəfindən insanlar müxtəlif etik normalarıyla virtual dünyada bir - biri ilə əlaqə saxlayıb və bir - birinin üsərinə təsir qoyurlar. Elə bu da öz yerində səbəb olub müxtəlif sahələrdə, o cümlədən jurnalistika sahəsində qlobal etik normaları milli və məhəlli normaları kənara vurub, özünə geniş yer açıb. Etika və siyasi amil Hər bir ölkədə olan siyasi quruluşun o ölkənin etik normalarının üzərində çox böyük təsiri var. İranda siasi quruluş qeyri - demokratik olduğuna xatir, informasiya vasitələrinin əksəri İran iqtidarının nəzarəti altındadır və informasiya onun istədiyi kimi formalaşır və bir tərəfli yayılır. Hətta, tənqidi fikirli olan siyasi fəallara qarşı ağır töhmətlər və iftiralar vurulur. Bu növ davranış jurnalistikanın əsas təməli ilə ziddir. Çünki jurnalistikanın əsas təməlində gərək ki bir mövzu ilə bağlı hərtərəfli məlumat verilə və həqiqət gizlədilməyə.Təcrübələr nişan verir ki, uzun bir zaman bir yerdə ki, totalitar rejim hakim olur, bu növ etikaya zidd olan davranışlar juranalistik fəaliyyətdə rəftar normasına çevrilir. Çox təəssüf yeri var, bəzi vaxtlar Güney Azərbaycana aid olan informasiya vasitələrində şantaj siyasətinə şahidik. Bəzi təşkilatlar və fərdlər rəqibin meydandan çıxarmaq üçün ona ağır ittiham vurmaqdan çəkinmirlər. Gülünc hal budur ki, o adamlar öz davranışların etik normalara zidd bilimirlər və çalışırlar özlərini demokrat, çağdaş və müasir adamlar kimi nişan verələr. Amma dünyanın inkişaf tapmış ölkələrində rəqibə qalib gəlmək üçün demokratik vasitələrdən, yəni siyasi dioloq, mübahisə və məşvərətdən faydalanıb və özün haqlı göstərmək üçün kütlənin dəstəyinə dayanırlar. Bu mədəni və demokratik davranış səbəb olur jurnalistə və onun qələminə inam arta və eyni halda kütlənin ümumi informasiyası üstə getməklə ictimaiyyətdə tərəqqi və inkişaf prosesi davam tapa. Amma bir yerdə ki, şantaj və iftira vurmaq metodları hakimdir və bəzi jurnalistlər çalışırlar polis, prokuror və hakim rolun oynayalar, bu zaman jurnalistə və onun qələminə inam azalır və hətta inam aradan gedir. Bu da öz yerində səbəb olur kütlənin içində düz - yanlış, yaxşı - pisi ayırmaq çox çətin ola. Kütlənin ümumi məlumatı azalanda, ya saxta məlumatı olanda ictimaiyyətdə tərəqqi və inkişaf prosesi dayanır. Etika və iqtisad Jurnalistlər o zaman yazılarında etika normalarına əməl edə bilərlər ki, iqtisadi baxımından müstəqil adamlar olalar. Dünyanın inkişaf tapmış ölkələrində jurnalist kimi çalışmaq yaxşı iş hesab olunur və onların rahat yaşayışları var. Onlar yazılarında özlərini sərbəst hiss edirlər, ancaq əgər onların yazıları başqa bir fərdə can, mal və ya mənəvi xəsarət vura, o zaman qanun nöqteyi - nəzərindən məsuliyyət daşıyırlar. Amma İran kimi ölkədə jurnalist fəaliyyətini bənzədirlər minalanmış sahədə yol getməyə. Hər zaman mümkündür bir mina partlayıb jurnalistə ciddi, hərtərəfli xəsarət vura. Misal üçün, İranda jurnalistlər öz gəlirləri ilə özlərini və ailələrini dolandırmaqda çətinlik çəkirlər. Bəziləri jurnalist fəaliyyəti ilə birgə, onun kənarında başqa işlə də məşğul olurlar. Misal üçün, taksi sürürlər, ya küçədə corab - köynək satırlar. Bu cür ağır bir durumu olan jurnalistlər, ancaq özlərinin yox, eyni zamanda ailələrinin də vəziyyətin düşünməlidirlər. Çünki əgər hökumət dairələri təyin edən qırmızı xətti aşalar, bu zaman həbs olunub, gəliri kəsilib və onun ailəsi öz halına buraxılacaq. Elə hökumət dairələri jurnalistlərin bu ağır iqtisadi durumundan su - istifadə edib, onları sifarişli yazı dərc etməyə məcbur edir. Etika və mədəniyyət Özünüz bildiyiniz kimi əxlaq - yəni, düz - yanlış və pis - yaxşı anlayışına təcridi baxmaq olmaz. Hər bir ictimaiyyətdə əxlaqın dayandığı kök və əsas var. Bu əsaslar etika nəzəriyyələri və təməlləri adlanır. Bu nəzəriyyələr və təməllər də öz yerində insanın yaşadığı ictimaiyyətin mahiyyətindən asılıdır. Amerikalı tanınmış sosioloq Alvin Tofflerin fikrinə görə, dünyada 3 növ mədəniyyət var: əkinçilik mədəniyyəti, sənət mədəniyyəti və sənətdən üstün və ya informasiya mədəniyyəti. O, beli əkinçilik mədəniyyətinin nişanəsi, buxar maşınını sənət mədəniyyətinin nişanəsi və bilgisayarı informasiya mədəniyyətinin nişanı kimi təqdim edir. O, bu üç müxtəlif nişanələrlə çalışır bu 3 mədəniyyətin arasında olan ciddi fərqləri nişan verə. Təbiidir, bu 3 növ mədəniyyət də etik normalarda bir - birindən fərqlənə bilərlər. Misal üçün, dünyanın inkişaf tapmış ölkələri informasiya mədəniyyətinə keçmə haldadırlar. Bu cür ictimaiyyətdə insanlar arasında rabitəyə hakim olan təməllər elmi mahiyyət daşıyır və etikanın ekspertləri, o, alimlərdirlər ki, etika ilə bağlı müəyyən kurslar keçiriblər. Düşünürəm ki, bu yerdə oxucularım "informasiya mədəniyyəti" anlayışına rast gələrkən, onun nədən ibarət olduğunu və məhz sosioloqun bu şəkildə adlandırmasına səbəb nədir? -- sualını verməmiş olmayacaqlar.Bu mənim başqa bir yazımın mövzusu olacaq. İndi bu yerdə onun şərhinə başlasam, əsl mövzudan çox uzaqlaşmalı olcam. Hal - hazırda İranda insanlar arasında hakim olan əlaqələr əkinçilik mədəniyyətinin təməlləridir. Yəni, etika nəzəriyyələri və təməlləri adət, ənənə və dindən fanatik düşüncə əsasında formalaşır. Və bu günkü İranda etika ekspertləri fars mərkəzli düşüncədə olan mollalardırlar. Bir neçə misalla məqsədimə aydınlıq gətirim. Dünyanın inkişaf tapmış ölkələrində müxtəlif ailə forması var. Misal üçün, bir kişi ilə bir qadın evlənib ailə təşkil edirlər və ya evlənmədən bir - biri ilə yaşayırlar. Hətta ayrı - ayrı yaşayır, müəyyən günlər görüşür və onlarda özlərini ailə hesab edirlər. Bəzi adamlar da var səfərə çıxanda ilin müəyyən günləri müvəqqəti olaraq özlərinə həyat yoldaşı tapırlar. Bu yaşayış tərzləri inkişaf tapmış ölkələrdə insanların etik normalarına uyğundur. Amma İranda evlənmədən, yəni dini qayda - qanun əsasında nigah olmadan, kişi və qadının bir yerdə yaşaması ailə sayılmır, əksinə bu cinayət hesab olunur və İran ictimaiyyətdində yaşayan insanlar bu işi inandığı etik normalara zidd sayırlar. Başqa bir misalda qeyd etmək olar, Qərb ölkələrinin informasiya vasitələrində seks barəsində açıq danışmaq və hətta yetkin adamın öz cinsi istəklərindən danışması etik normalarla uyğun gəlir. Amma bu iş də İranda əxlaqsızlıq hesab olunur. Əksinə, İranın informasiya vasitələrində hətta milli günlərdə və bayramlarda qəbirsandığı göstərib və ölüm barəsində danışmaq jurnalist etikasına zidd sayılmır. Amma Qərb ölkələrində bu davranış qeyri - etik sayılır. Bu misallardan çox çəkmək olar, ancaq mən bir neçə misalla göstərmək istədim ki, etik normaları insanın yaşadığı ictimaiyyətin mahiyyətindən təsir alır. Elə ona görə də bir iş bir ictimaiyyətdə etika ilə tanınsa, başqa ictimaiyyətdə qeyri - etik tanınır. Amma üstə qeyd etdiyimiz kimi əlaqə texnikası, xüsusən, internet və satilet texnolojisi çox inkişaf tapıb və imkan yaradıb dünyanın müxtəlif yerlərindən etik normalar bir - biri ilə görüşüb, bir - birinin üstündə təsir qoyub və bu normların yaxşılarını götürüb onların birləşməsindən qlobal etik normaları baş qaldırsın. Biz Azərbaycanlılar da, xüsusən, Azərbaycanlı jurnalistlər öz etik normalarımızı yenidən araşdırmalıyıq və öz zehnimizdə jurnalistika fəaliyyətimizdə etiklə bağlı bir müəyyən modelimiz olmalıdır. Təbiidir, bu modeldə qlobal etik normalar ola bilər.
1994 - cü ildə çəkdiyi bu şəkilə görə Kevin Kartere Pulitzer mükafatı verilir
Xaməneinin dəfn mərasimi ilə bağlı xəbər təkzib edildi
Qərbi Azərbaycan əyalətində silah-sursat aşkarlanıb
Qəzvindən olan azərbaycanlı fəal Suri Babayi Çəqini 3 il həbs cəzasına məhkum edilib
Əhvazda 3 siyasi məhbus edam ediləcək
Bir neçə əyalətdə çörək yenidən bahalaşdı
Vaşinqton hələ də Tehranın yekun cavabını gözləyir
BƏƏ İran hücumlarına vahid cavab verməyə çağırır
İranda manatın son məzənnəsi
İran təhlükəsizlik məmurları iki mülki şəxsi öldürdü
Küveyt: İranın hücumu nəticəsində bir nəfər ölüb
SEPAH Zəncanda “Polo restoranı”nı sahibinin həbsindən sonra hərraca çıxarıb
“Binab kababı”nın qlobal qeydiyyatı üçün bəlgə hazırlanır
“Etemad”: İranda elektrik balanssızlığının azalması sənayedəki geriləmə ilə bağlıdır
SEPAH Dubay aeroportunu vurdu - Rəsmi
Tehran Apelliyasiya Məhkəməsi britaniyalı cütlüyün həbs qərarını qüvvədə saxladı
Tehran əyalətində daha 100 nəfər həbs edilib
ABŞ İranın kriptovalyuta birjasına sanksiya tətbiq etdi
Qeşmdə partlayış səsləri; İran Küveyt və Bəhreynə hücum edib
94 gündür torpağa tapşırılmayan Xamenei üçün yeni plan
Bəhreyn öz vətəndaşlarına İran və İraqa səfər etməyi qadağan edib
Pakistanın xarici işlər naziri Vaşinqtona yollandı
Nyu-York meri özünü yalandan insan haqları müdafiəçisi adlandırır?- Əhməd Obalı
İranın Küveytə raket və PUA hücumları Körfəzdə gərginliyi artırdı
Ali Milli Təhlükəsizlik Şurasının katib müavini Əli Bagiri Kani Rusiyanın xarici işlər nazirinin müavini ilə görüşüb
Donald Tramp: İran danışıqları yaxşı aparsa da Amerika bütün kartları əlində saxlayır
İranda daha iki etirazçı edama məhkum edildi
ABŞ İranın 1 milyard dollarını müsadirə etdi
İranlı rəsmi: Çin ABŞ ilə Iran arasındakı mümkün razılaşmanın təminatçısı ola bilər
NYT: İranın mühafizəkar qanadı ABŞ ilə mümkün razılaşmanı pozmağa çalışırlar
İranda neft oğurluğu- 7 nəfər saxlanılıb
Güneyli tədqiqatçı dünyasını dəyişib
İsrail yenidən İranla müharibəyə hazırlaşır- "Haaretz"
Müharibə naziri: İranla razılaşma əldə olunmasa, ABŞ hərbi əməliyyatları yenidən başlatmağa hazırdır
Bloomberg: İranın Küveytə zərbəsi nəticəsində bir neçə amerikalı yüngül xəsarət alıb
İran məhkəməsi daha bir etrazçını ölümə məhkum etdi
Milli fəalların məhkəməsi oldu- Lisani, Kari və Xeyrcu qatılmadılar
Meksika da İran millisinə viza verməyib
İran rəsmilərinin villaları müsadirə olunacaq - Bessent