SON XƏBƏRLƏR

GÜRCÜSTAN XİN RUSİYANI HƏYASIZ TƏCAVÜZKARLIQDA İTTİHAM ETDİ

2021.10.20, 07:36
GÜRCÜSTAN XİN RUSİYANI HƏYASIZ TƏCAVÜZKARLIQDA İTTİHAM ETDİ

Gunaz.tv
GÜRCÜSTAN XİN RUSİYANI HƏYASIZ TƏCAVÜZKARLIQDA İTTİHAM ETDİ 34283_1 Bu ölkənin Moskvadakı səfiri Tbilisiyə qayıtdı İ.BALIOĞLU Gürcüstan XİN Rusiyanı aşkar və həyasız təcavüzkarlıqda ittiham edən bəyanatla çıxış edib. Ölkənin Moskvadakı səfiri Erosi Kitsmarişvili isə dünən Moskvadan Tbilisiyə qayıdıb, deyə Rusiyanın "Novosti" agentliyi xəbər verir. Səfirin geri çağırılması diplomatik təcrübədə çox ciddi addımdır, belə ki, dövlətlər arasında münasibətlərdəki ziddiyyət öz kulminasiya nöqtəsinə çatdıqda bu tədbirə əl atılır. Səfirin geri çağırıldığı barədə bir gün öncə açıqlama verilmişdi və onun geriyə "Abxaziya və Cənubi Osetiya münaqişələri zonasında son hadisələrlə bağlı məsləhətləşmələr üçün" çağırıldığı səbəb göstərilirdi. Kitsmarişvili hansı müddətə geri çağırıldığını söyləməkdə çətinlik çəkib. Son on ildə Tbilisi və Moskva arasında buna bənzər hadisələr çox olmuşdu, budəfəki ciddi diplomatik addımın səbəbi isə Moskvanın rus hərbi təyyarələrinin Gürcüstanın Cənubi Osetiya bölgəsi üzərində uçmuş olduğunu, dolayısı ilə qonşu dövlətin hava sərhədlərini pozmuş olduğunu etiraf etməsi idi. Bu bir yana, Rusiya tərəfi bunu "Gürcüstanda bəzi qızğın başları soyutmaq" niyyəti ilə etdiyini açıq demişdi. Ən diqqəti çəkən isə bütün diplomatik skandalın ABŞ dövlət katibi, həmin vaxtlar Tbilisidə olan Kondoliza Raysın gözləri qarşısında cərəyan etməsi idi. Gürcüstan XİN hesab edir ki, Rusiya Gürcüstanın suverenliyini, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və dövlətin daxili işlərinə qarışmamaq prinsipini diqqətə almamaq qərarına gəlmişdir, halbuki bütün bunlar tanınan beynəlxalq hüquq normaları ilə təsbit olunmuşdur. Ziddiyyət açıq şəkil alıb: Rusiya nəzarətində olan separatçı bölgələrdən çıxmaq istəmir, onları açıq-aşkar dəstəkləyir və perspektivdə özünə ilhaq etmək ümidlərində qalır. Bu dövlətin bütün davranışları bundan xəbər verir. Son günlər Abxaziyada baş vermiş partlayışlar və Cənubi Osetiya bölgəsində atışmalar Gürcüstanın bu ərazilərə qəfildən qoşun yeridəcəyi və Rusiyanı, eyni zamanda onun əlaltılarını fakt qarşısında qoyacağının prelüdiyası təsiri bağışlamışdır. Bu baş verərsə, təbii ki, Moskvanın bu bölgələrə dair açıq və gizli planlarının (bu planların varlığı heç kəsdə şübhə doğurmur) alt-üst olması demək olacaq. Abxaziyadakı partlayışlara gəldikdə, Tbilisi bu partlayışlarda əli olmadığını bildirir. Abxaz tərəfi Gürcüstan hökumətini dəbdə olan "terrorçuluq" kəlməsi ilə ittiham edir. Dünən isə konkret ad çəkdilər. İddia etdilər ki, Qalidə 6 iyulda baş vermiş teraktı (4 ölü, 10 yaralı) Gürcüstan məxfi xidmətləri törədiblər, guya bu işi operativ xidmət şöbəsinin rəisi Giya Baramiya bilavasitə planlaşdırıb və həyata keçirib. Düşündürücü odur ki, həlak olanlar hamısı separatçı qurumun vəzifəli şəxsləridir. Prezident Dmitri Medvedyevin bölgəyə səfərinin ardınca ABŞ dövlət katibi Kondoliza Raysın da buraya təşrif buyurmasına xarici mətbuat iki böyük dövlətin "diplomatik dueli" kimi rəng vermişdir. Hazırda prezident Corc Buş Vaşinqtonda Kondoliza Raysın Gürcüstana səfəri barədə məruzəni gözləyir və odur ki, Dmitri Medvedyevə adətən edildiyi kimi zəng vurmur. Gürcüstan öz hava sərhədlərini pozduğuna görə Rusiyada etiraz notası verib və ölkə parlamenti dünən bu məsələyə dair xüsusi qətnamə qəbul etdi. Sənəd 103 millət vəkili tərəfindən yekdilliklə qəbul edilmişdir. Sənəddə deyilir ki, son günlər Rusiyanın Gürcüstanın suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinə qəsdlərin sayı çoxalmışdır. Təcavüzkarlıq faktını misli görülməmiş tərzdə tanımaqla Rusiya beynəlxalq hüquqa məhəl qoymadığını nümayiş etdirib. Sənəddə son aylar baş vermiş bir sıra bu kimi hallar, Rusiyanın Abxaziya və Cənubi Osetiyaya əlavə hərbi qüvvələr və ağır texnika yeritməsi, onun hərəkətlərinin tendensiyalı xarakter daşıması, Rusiyanın bu münaqişələrdə tərəf olması öz əksini tapır və Rusiyanın bu davranışlarına sərt qiymət verilir. Dövlətə təklif edilir ki, Rusiyanın fitnəkar hərəkətlərini dayandırmaq məqsədilə müvafiq önləyici tədbirlər görülsün. Gürcüstanın mövcud sülhyaradıcı formatın dəyişdirilməsini və onun beynəlxalq polis qüvvələri ilə dəyişdirilməsini nəzərdə tutan sülh təşəbbüsləri parlament tərəfindən dəstəklənir. İcra hakimiyyətinə Gürcüstana qarşı birbaşa ehtimali hərbi təcavüzkarlığın qarşısının alınması üzrə effektiv mexanizmlər yaradılması tapşırılır. Abxaz separatçı lideri Sergey Baqapşın isə bu arada Moskvada intensiv görüşlər keçirdiyi barədə xəbərlər gəlir. Tbilisi mətbuatı separatçının bu səfərinin Gürcüstana qarşı savaş planını müzakirə etmək məqsədi daşıdığını yazır. İnquri çayındakı sərhəd bağlıdır. Abxaz və Rusiya desantçılarının Kodori dərəsinə (Yuxarı Abxaziya) basqın edəcəyi ehtimalları üzərində dayanılır. Bunlar isə artıq genişmiqyaslı yeni bir savaş anlamına gələcək. ayna

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar