SON XƏBƏRLƏR

Corc Buş: “Cəsur türk polislərinə minnətdarıq”

2021.10.20, 07:36
Corc Buş: “Cəsur türk polislərinə minnətdarıq”

Gunaz.tv
Corc Buş: “Cəsur türk polislərinə minnətdarıq” bush6.jpg Ankara – APA. ABŞ prezidenti Corc Buş Türkiyə prezidenti Abdulla Gülə telefon edərək ölkəsinin İstanbuldakı Baş Konsulluğuna qarşı terror aksiyası zamanı 3 polisin həlak olması ilə əlaqədar ona başsağlığı verib. APA-nın məlumatına görə, Türkiyə prezidentinin mətbuat xidmətindən verilən açıqlamada bildirilir ki, C. Buş İstanbuldakı ABŞ Konsulluğunun qorunması istiqamətində görülən işlərlə bağlı Türkiyə hökumətinə təşəkkür edib. O, Amerika xalqı və öz adından konsulluğa hücum zamanı vəzifə başında həlak olan cəsur türk polislərinin ailələrinə başsağlığı diləyib. C. Buş A. Güldən xahiş edib ki, başsağlığı diləklərini və minnətdarlığını polislərin ailələrinə çatdırsın. Telefon danışığında bəzi regional məsələlərə də toxunulub. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar