SON XƏBƏRLƏR

Rusiyalı generaldan işğal hədəsi

2021.10.20, 07:36
Rusiyalı generaldan işğal hədəsi

Gunaz.tv
Rusiyalı generaldan işğal hədəsi rusiya-shimali-qafqaz.jpg Gürcü-abxaz və gürcü-osetin münaqişələri zonasında vəziyyət gərginləşsə və ya hərbi əməliyyatlar başlasa Rusiyanın Şimali Qafqaz hərbi dairəsinin qoşunları sülhməramlı qüvvələrə və dinc əhaliyə kömək etməyə hazırdırlar. Lent.az-ın “Novosti-Qruziya”agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə hərbi dairənin komandanı general-polkovnik Sergey Makarov bəyanat verib. Makarov bildirib ki, tabeliyində olan qoşunlar döyüş hazırlığı vəziyyətindədirlər və regionda sülh və stabilliyin təmin edilməsi üçün istənilən döyüş əməliyyatına hazırdırlar. General qeyd edib ki, hərbçilər təlimlər zamanı Gürcüstan ərazisindəki münaqişə zonalarında vəziyyətin mümkün kəskinləşməsini də məşq edirlər: “Vəziyyətin kəskinləşdiyi və döyüş əməliyyatlarının başladığı təqdirdə Şimali Qafqaz hərbi dairəsinin qoşunları döyüşən tərəfləri ayırmaq üçün sülhməramlı qüvvələrə kömək göstərilməsi və dinc əhaliyə yardım edilməsini məşq edirlər” LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar