SON XƏBƏRLƏR

TƏBRİZDƏ SİMFONİK ORKESTR YARADILIR

2021.10.20, 07:36
TƏBRİZDƏ SİMFONİK ORKESTR YARADILIR

Gunaz.tv
TƏBRİZDƏ SİMFONİK ORKESTR YARADILIR Şərqi Azərbaycan əyalətinin İslami İrşad və Mədəniyyət İdarəsinin yaydığı xəbərə görə, iyulun 9-da Təbriz Simfonik Orkestrinin işçi qrupu yaradılıb. «Media forum» saytı xəbər verir ki, əyalətin 21 musiqi xadiminin iştirakı ilə yaradılmış işçi qrup orkestrin əsasnəməsini hazırlamalı və fəaliyyət istiqamətini təyin etməlidir. Orkestrdə 50 musiqiçinin birləşəcəyi vurğulanır. Orkestrin fəaliyyəti üçün vəsait dövlət büdcəsindən ayrılıb. «Media forum» -------------------------------------------------------------------------- Atəşkəs yenə pozulub ateshkes.jpg Cəbhə xəttində atəşkəs yenidən pozulub. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 10-da saat 16:30-dan 16:40-dək və saat 22:30-dan 22:40-dək fasilələrlə Dağlıq Qarabağın Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərindən, saat 22:20-dən 22:35-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar