SON XƏBƏRLƏR

Ra­ket böh­ra­nı..._ABŞ və Ru­si­ya­nın Şər­qi Av­ro­pa­da ye­ni RƏM sis­te­mi­nin yer­ləş­di­ril­mə­si mə­sə­lə­si ət­ra­fın­da­kı qar­şı­dur­ma­ də­rin­lə­şir

2021.10.20, 07:36
Ra­ket böh­ra­nı..._ABŞ və Ru­si­ya­nın Şər­qi Av­ro­pa­da ye­ni RƏM sis­te­mi­nin yer­ləş­di­ril­mə­si mə­sə­lə­si ət­ra­fın­da­kı qar­şı­dur­ma­ də­rin­lə­şir

Gunaz.tv
Ra­ket böh­ra­nı... ABŞ və Ru­si­ya­nın Şər­qi Av­ro­pa­da ye­ni RƏM sis­te­mi­nin yer­ləş­di­ril­mə­si mə­sə­lə­si ət­ra­fın­da­kı qar­şı­dur­ma­ də­rin­lə­şir "Bö­yük sək­kiz­lər"in Ya­po­ni­ya sam­mi­ti də so­na çat­dı. Dün­ya "nə­həng­lər"i hə­min zir­və top­lan­tı­sın­da bə­şə­riy­yə­tin əsas prob­lem­lə­ri­nə ça­rə ax­tar­ma­ğa ça­lış­dı­lar. Düz­dür, hə­lə­lik bü­tün dün­ya üçün bö­yük əhə­miy­yət da­şı­yan prob­lem­lər­dən han­sı­nın ni­zam­lan­ma­sı­na na­il olun­du­ğu mə­lum de­yil. An­caq bu­nun­la be­lə, nü­və tex­no­lo­gi­ya­sı­nın ya­yıl­ma­sı­nın qar­şı­sı­nın alın­ma­sın­dan tut­muş qlo­bal is­ti­ləş­mə­lə­rə qə­dər bir çox mə­sə­lə­lə­rin mü­za­ki­rə edil­di­yi ar­tıq qə­tiy­yən şüb­hə do­ğur­mur. Bu ba­xım­dan, bey­nəl­xalq ic­ti­ma­iy­yə­tin "Bö­yük sək­kiz­lik" döv­lət­lə­ri­nin li­der­lə­ri­nin sam­mit­son­ra­sı açıq­la­ma­la­rı­na xü­su­si diq­qət ye­tir­mə­si ta­ma­mi­lə ba­şa­dü­şü­lən­dir. "Bö­yük sək­kiz­lik" döv­lət­lə­ri­nin zir­və top­lan­tı­sı dün­ya sə­viy­yə­li prob­lem­lə­rə ça­rə ax­ta­rıl­ma­sı məq­sə­di güd­sə də, bu­nun ək­si­nə yö­nə­lən mə­qam­la­rın or­ta­ya çıx­ma­sı da açıq-aş­kar nə­zə­rə çar­pır. Be­lə ki, Ya­po­ni­ya sam­mi­ti ABŞ-Ru­si­ya mü­na­si­bət­lə­rin­də­ki prob­lem­lə­rin növ­bə­ti də­fə qa­bar­dıl­ma­sıy­la diq­qə­ti çə­kir. Ən azın­dan ona gö­rə ki, dün­ya­nın bu iki su­per­döv­lə­ti ara­sın­da ya­şa­nan kəs­kin zid­diy­yət­lər bu də­fə də na­ra­hat­lıq do­ğu­ra­caq qə­dər cid­di qar­şı­dır­may­la mü­şa­yi­ət olu­nub. Xü­su­si­lə də, İran böh­ra­nı, Şi­ma­li Ko­re­ya­nın nü­və proq­ram­la­rı­nın da­yan­dı­rıl­ma­sı, elə­cə də Şər­qi Av­ro­pa re­gio­nun­da ye­ni Ra­ket Əley­hi­nə Mü­da­fiə Sis­te­mi­nin qu­raş­dı­rıl­ma­sıy­la bağ­lı mə­sə­lə­lə­rə yö­nə­lik mü­za­ki­rə­lə­rin gər­gin at­mos­fer­də keç­di­yi vur­ğu­la­nır. Tə­bii ki, sö­zü­ge­dən mə­sə­lə­lə­rin mü­za­ki­rə­si çər­çi­və­sin­də rə­qib döv­lət­lə­rin möv­qe­lə­rin­də kəs­kin toq­quş­ma­la­rın or­ta­ya çı­xa bi­lə­cə­yi elə əv­vəl­cə­dən də eh­ti­mal olu­nur­du. Ən azın­dan ona gö­rə ki, bu mə­sə­lə­lə­rə mü­na­si­bət­də bə­zi döv­lət­lə­rin mil­li ma­raq­la­rı kəs­kin şə­kil­də toq­qu­şur­du. Xü­su­si­lə də, ABŞ və Ru­si­ya­nın mil­li ma­raq­la­rı­nın tə­ləb­lə­ri ara­sın­da­kı kəs­kin zid­diy­yət heç kə­sə sirr de­yil­di. Ya­po­ni­ya sam­mi­ti çər­çi­və­sin­də bir-bi­ri­nin möv­qe­yi­nə eti­raz edən döv­lət­lə­rin sı­ra­sın­da da məhz bu iki su­per­döv­lə­tin adı çə­ki­lir. Ma­raq­lı­dır ki, ABŞ və Ru­si­ya­nın möv­qe­lə­rin­də­ki kəs­kin toq­quş­ma­lar əsa­sən, Şər­qi Av­ro­pa re­gio­nun­da ye­ni Ra­ket Əley­hi­nə Mü­da­fiə Sis­te­mi­nin qu­raş­dı­rıl­ma­sıy­la bağ­lı mə­sə­lə­nin mü­za­ki­rə­si za­ma­nı or­ta­ya çı­xıb. Be­lə ki, Ru­si­ya tə­rə­fi ABŞ-ın bu is­ti­qa­mət­də at­dı­ğı ad­dım­la­rı açıq-aş­kar eti­raz­la qar­şı­la­yıb. Ru­si­ya­nın ye­ni pre­zi­den­ti Dmit­ri Med­ved­yev hət­ta bu mə­sə­lə­yə sərt re­ak­si­ya ver­mək­dən be­lə, özü­nü sax­la­ya bil­mə­yib. An­caq bu­nun­la ki­fa­yət­lən­mə­yən pre­zi­dent D.Med­ved­yev öz eti­raz­la­rı­nı sam­mit­dən son­ra da da­vam et­di­rib. Be­lə ki, Krem­lin ye­ni sa­hi­bi zir­və top­lan­tı­sı­nın ye­kun­laş­ma­sı­nın ar­dın­dan ay­rı­ca mət­bu­at konfransı ke­çirt­mə­yə eh­ti­yac du­yub. Və hə­min təd­bir­də Ru­si­ya pre­zi­den­ti ABŞ-ın bir sı­ra dav­ra­nış­la­rın­dan na­ra­zı qal­dı­ğı­nı açıq mətn­lə bə­yan­la­yıb. Üs­tə­lik, Ru­si­ya pre­zi­den­ti D.Med­ved­yev na­ra­zı qal­dı­ğı mə­sə­lə­lər­lə bağ­lı öz eti­raz­la­rı­nı "Bö­yük sək­kiz­lik" döv­lət­lə­ri­nin di­gər li­der­lə­ri­nin diq­qə­ti­nə çat­dır­dı­ğı­nı da xü­su­si ola­raq vur­ğu­la­yıb. Onu da qeyd edək ki, Ru­si­ya pre­zi­den­ti D.Med­ved­yev mət­bu­at kon­fran­sın­da ABŞ-ın Şər­qi Av­ro­pa­da ye­ni RƏM sis­tem­lə­ri qu­raş­dır­maq niy­yət­lə­ri üzə­rin­də məx­su­si ola­raq da­ya­nıb. Və bil­di­rib ki, Ru­si­ya ABŞ-ın bu niy­yət­lə­ri­ni dəs­tək­lə­mir. Ona gö­rə də, Ru­si­ya bu is­ti­qa­mət­də atı­lan ad­dım­lar­la ba­rış­maq niy­yə­tin­də de­yil: "Biz bü­tün bun­lar­la ra­zı de­yi­lik. Və Ru­si­ya­nın mil­li ma­raq­la­rı­nı qo­ru­maq üçün bu­na adek­vat ad­dım­lar at­maq hü­qu­qu­na sa­hi­bik". Bu bə­ya­nat bir çox Qərb eks­pert­lə­ri tə­rə­fin­dən Ru­si­ya­nın ABŞ-ı açıq-aş­kar hə­də­lə­mə­si ki­mi də­yər­lən­di­ril­mək­də­dir. Mə­sə­lə on­da­dır ki, pre­zi­dent D.Med­ved­ye­vin "Biz Ru­si­ya­nın mil­li ma­raq­la­rı­nı qo­ru­maq üçün bu­na adek­vat ad­dım­lar at­maq hü­qu­qu­na sa­hi­bik" xə­bər­dar­lı­ğı prob­le­min si­ya­si-dip­lo­ma­tik va­si­tə­lər­lə ni­zam­lan­ma­sı­na yö­nə­lik səy­lə­rin gös­tə­ri­lə­cə­yi­nə ey­ham ki­mi yo­zul­mur. Ək­si­nə, Qərb eks­pert­lə­ri Kreml sa­hi­bi­nin bu xə­bər­dar­lı­ğı­nı hər­bi key­fiy­yət­li ad­dım­lar­la ca­vab ver­mək niy­yə­ti­nin açıq ifa­də­si ola­raq qə­bul et­dik­lə­ri­ni qə­tiy­yən giz­lət­mir­lər. On­la­rın fik­rin­cə, pre­zi­dent D.Med­ved­yev bu açıq­la­ma­sıy­la Ru­si­ya­nın in­di­ki rəh­bər­li­yi­nin də Pu­tin si­ya­sə­ti­ni da­vam et­dir­mək­də qə­rar­lı ol­du­ğu­nu bir­mə­na­lı şə­kil­də sez­di­rib. Xa­tır­la­daq ki, keç­miş pre­zi­dent Vla­di­mir Pu­tin ABŞ-ın Şər­qi Av­ro­pa re­gio­nun­da ye­ni RƏM sis­tem­lə­ri­nin qu­raş­dır­maq niy­yət­lə­ri­nə sərt şə­kil­də re­ak­si­ya ve­rir­di. Hət­ta keç­miş pre­zi­den­tin açıq­la­ma­la­rı­nın bi­rin­də ABŞ-ın niy­yə­ti­ni re­al­laş­dır­maq­da qə­rar­lı möv­qe tu­ta­ca­ğı təq­dir­də, Ru­si­ya­nın nü­və ar­se­na­lı­nın yer­ləş­di­ril­mə prin­sip­lə­ri­nə ye­ni­dən ba­xı­la bi­lə­cə­yi­nə ey­ham­lar da vu­rul­muş­du. Üs­tə­lik, Krem­lin keç­miş sa­hi­bi ya­xın gə­lə­cək­də Ru­si­ya­nın öz nü­və baş­lıq­lı ra­ket­lə­ri­ni öl­kə­nin qərb sər­həd­lə­ri­nə doğ­ru çə­ki­lə bi­lə­cə­yi­ni vur­ğu­la­mış­dı. Bu isə, Ru­si­ya­nın ABŞ və Qər­bi açıq-aş­kar hə­də­lə­mə­si an­la­mı­na gə­lir­di. Gö­rün­dü­yü ki­mi, Ru­si­ya­nın ye­ni pre­zi­den­ti D.Med­ved­yev də təx­mi­nən ox­şar möv­qe­dən çı­xış edir. Be­lə ki, pre­zi­dent D.Med­ved­yev də V.Pu­tin ki­mi ABŞ və Qər­bə yö­nə­lik hə­də­lə­yi­ci ton da­şı­yan xə­bər­dar­lıq­la­ra mü­əl­lif­lik et­mə­yə üs­tün­lük ve­rir. Be­lə an­la­şı­lır ki, ABŞ Şər­qi Av­ro­pa re­gio­nun­da ye­ni RƏM sis­tem­lə­ri qu­raş­dır­ma­ğa baş­la­ya­ca­ğı təq­dir­də, Ru­si­ya bu­na heç bir hal­da, bi­ga­nə qal­ma­ya­caq. Və Ru­si­ya­nın mü­da­fiə sis­te­mi­ni güc­lən­dir­mək üçün dər­hal adek­vat ad­dım­lar at­maq­dan qə­tiy­yən çə­kin­mə­yə­cək. Ma­raq­lı­dır ki, "Bö­yük sək­kiz­lik" döv­lət­lə­ri­nin Ya­po­ni­ya sam­mi­tin­də baş ve­rən­lər Şər­qi Av­ro­pa re­gio­nun­da ye­ni RƏM sis­te­mi­nin qu­raş­dı­rıl­ma­sı is­ti­qa­mə­tin­də prin­si­pi­al ra­zı­laş­ma­la­rın əl­də olun­du­ğu vax­ta tə­sa­düf edib. Be­lə ki, hə­min zir­və top­lan­tı­sı­nın ke­çi­ril­di­yi ərə­fə­də ABŞ-ın döv­lət ka­ti­bi Kon­da­li­za Rays Şər­qi Av­ro­pa re­gio­nu­na sə­fə­rə çı­xıb. Hə­min sə­fər çər­çi­və­sin­də döv­lət ka­ti­bi K.Rays Çe­xi­ya və Pol­şa rəh­bər­li­yi ilə bu öl­kə­lə­rin əra­zi­sin­də ye­ni RƏM sis­tem­lə­ri­nin yer­ləş­di­ril­mə­si pro­se­si­nə start ve­ril­mə­si is­ti­qa­mə­tin­də prin­si­pi­al an­laş­ma­ya na­il olub. Bü­tün bun­lar onu gös­tə­rir ki, hər iki qar­şı­du­ran tə­rəf öz möv­qe­yi­ni mü­da­fiə et­mək niy­yə­tin­də ta­ma­mi­lə cid­di­dir. De­mə­li, ya­xın vaxt­lar­da ABŞ-Ru­si­ya mü­na­si­bət­lə­rin­də da­ha gər­gin və­ziy­yə­tin ya­ra­na bi­lə­cə­yi qə­tiy­yən is­tis­na de­yil. Hər hal­da, ABŞ və Ru­si­ya­nın mü­na­si­bət­lə­rin­də bun­dan son­ra "ra­ket böh­ra­nı"nın ya­şa­na bi­lə­cə­yi­ni dü­şün­mək üçün ki­fa­yət qə­dər cid­di əsas­lar var. Ən pi­si də odur ki, "ra­ket böh­ra­nı" in­di­yə qə­dər mü­şa­hi­də olun­muş di­gər böh­ran­lar­dan da­ha təh­lü­kə­li xa­rak­ter da­şı­yır. Çün­ki bu böh­ra­nın əsa­sın­da da­ya­nan ra­ket­lə­rin is­tə­ni­lən an hə­rə­kə­tə gəl­mək təh­lü­kə­si möv­cud­dur. Bu ba­xım­dan, ABŞ və Ru­si­ya­nın ya­ran­maq­da olan "ra­ket böh­ra­nı"nı da­ha da də­rin­ləş­mə­yə im­kan ver­mə­dən müm­kün qə­dər tez bir za­man­da ni­zam­la­ma­ğa səy gös­tər­mə­si­nə eh­ti­yac ol­ma­mış de­yil. El­çin XA­LİD­BƏY­Lİ sherg

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar