SON XƏBƏRLƏR

ENN DÖRSİNİN FİKRİNCƏ, İRANIN RAKET SINAQLARI AZƏRBAYCAN ÜÇÜN DƏ TƏHLÜKƏ YARADIR

2021.10.20, 07:36
ENN DÖRSİNİN FİKRİNCƏ, İRANIN RAKET SINAQLARI AZƏRBAYCAN ÜÇÜN DƏ TƏHLÜKƏ YARADIR

Gunaz.tv
ENN DÖRSİNİN FİKRİNCƏ, İRANIN RAKET SINAQLARI AZƏRBAYCAN ÜÇÜN DƏ TƏHLÜKƏ YARADIR th045755264.jpg «ABŞ Çexiyada raket əleyhinə müdafiə (RƏM) elementlərinin yerləşdirilməsi haqda saziş imzalanmasından məmnundur, lakin hələ qarşıda bu sənədin təsdiqlənməsi durur». Jurnalistlərlə söhbətində ABŞ-ın Azərbaycandakı səfiri Enn Dörsi belə deyib. O qeyd edib ki, ABŞ «geniş arxitekturalı» RƏM sistemi yaratmaq istəyir və bu mənada Qəbələ RLS-dən istifadə imkanlarına da baxıla bilər. Enn Dörsi «Turan»ın məlumatına görə, səfir deyib ki, ABŞ Avropada İran kimi dövlətlərin mümkün raket hücumlarından müdafiə üçün radarlar qurur: «İranın raket sınaqları keçirməsi müəyyən mənada Azərbaycan üçün də narahatlıq doğurur. Buna görə ABŞ beynəlxalq RƏM sisteminin yaradılmasının tərəfdarıdır, çünki İran tərəfdən raket zərbəsi ehtimalı həmişə mövcuddur». Amerikanın İranın nüvə problemini diplomatik metodlardan istifadə etməklə, sülh yolu ilə həll etməyə çalışdığını deyən səfir son həftələr ABŞ-ın partnyorları ilə birlikdə İrana yeni stimullar paketi təqdim etdiyini xatırladıb: «Ümid edirik ki, Tehran paketə baxacaq və uranın zənginləşdirilməsi üzrə planları üzərində yenidən düşünəcək». mediaforum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar