SON XƏBƏRLƏR

İRANIN NÜVƏ PROGRAMI ƏTRAFINDA MÜZAKİRƏLƏRİN NÖVBƏTİ MƏRHƏLƏSİ KEÇİRİLƏCƏK

2021.10.20, 07:36
İRANIN NÜVƏ PROGRAMI ƏTRAFINDA MÜZAKİRƏLƏRİN NÖVBƏTİ MƏRHƏLƏSİ KEÇİRİLƏCƏK

Gunaz.tv
İRANIN NÜVƏ PROGRAMI ƏTRAFINDA MÜZAKİRƏLƏRİN NÖVBƏTİ MƏRHƏLƏSİ KEÇİRİLƏCƏK iran_tehran.gif İyulun 19-da İranın paytaxtı Tehranda Avropa Birliyinin Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə ali komissarı Xavier Solano ilə İran Ali Təhlükəsizlik Şurasının Baş Katibi, bu ölkənin nüvə məsələsi üzrə Ali Nümayəndəsi Səid Cəlili arasıda İranın nüvə programı ətrafında müzakirələrin növbəti mərhələsi keçiriləcək. Qeyd edək ki, bu müzakirələrin keçirilməsi barədə təklifi Xavier Solano 14 iyunda Tehrana səfəri zamanı İran rəsmilərinə təqdim edib. Əvvəlki müzakirələrdən fərqli olaraq İran və Avropa Birliyi arasındakı nüvə proqramı ətrafında aparılacaq müzakirələrdə tərəflər hər hansı şərtlər irəli sürməyiblər. /İctimai TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar