SON XƏBƏRLƏR

Azərbaycanlı ruhaninin ailəsi ilə görüşünə imkan verilmir

2021.10.20, 07:36
Azərbaycanlı ruhaninin ailəsi ilə görüşünə imkan verilmir

Gunaz.tv
Azərbaycanlı ruhaninin ailəsi ilə görüşünə imkan verilmir 3 ay əvvəl təkrar həbs edilərək Qum həbsxanasına salınan güneyli ruhani, Milli Hərəkat fəalı Höccütülislam Əzim-Qədimiyə ailəsi ilə görüşə imkan yaradılmır. Ailəsindən verilən məlumata görə, Qum həbsxanasına göndərildikdən sonra ailəsi də bu şəhərə köçən ruhaniyə qarşı həbsxanada təzyiq göstərilir. Qanuna əsasən məhbuslara həftədə bir dəfə ailəsi ilə görüş imkanı verildiyi halda Əzim-Qədiminin ailəsi ilə görüşünə artıq 3 həftədir ki, şərait yaradılmır. Beynəlxalq Əfv Təşkilatının dəfələrlə hərəkatçı-ruhaninin həbsinə son qoyulması ilə bağlı müraciəti də hələ cavablandırılmayıb. ("OLAYLAR"İA)

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar