SON XƏBƏRLƏR

İRAN, TACIKISTAN VƏ ƏFQANISTANDA MÜŞTƏRƏK FARS DILI ŞƏBƏKƏSI YARADILDI

2021.10.20, 07:36
İRAN, TACIKISTAN VƏ ƏFQANISTANDA MÜŞTƏRƏK FARS DILI ŞƏBƏKƏSI YARADILDI

Gunaz.tv
İRAN, TACIKISTAN VƏ ƏFQANISTANDA MÜŞTƏRƏK FARS DILI ŞƏBƏKƏSI YARADILDI DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən Orta Asiyada İran, Tacikistan və Əfqanıstanın işçi qruplarının toplantısının yekununda müştərək fars dili şəbəkəsi televiziyası işə başladı. Tacikistanın dövlət müşaviri Saymurad Fəttayev, İranın Tacikistandakı səfiri Əliəsğər Şerdust, Əfqanıstan radiosunun sədr müavini Nadir Əhmədinin iştirakı ilə qərara alındı ki, yaxın günlərdə İran prezidenti Əhmədnejat, Tacikistan prezidenti İmaməli Rəhmanov, Əfqanıstan prezidenti Hamid Karzayın iştirakı ilə fars dilli dövlətlərin toplantısı keçirilərək həmin televizayının adı çəkilən 3 ölkədə 24 saatlıq fars dili və mədəniyyətini əks etdirən proqramlar yayımlansın. Həmin televiziyanın, ümumilikdə Əfqanıstan və Tacikistanın dərslikləri mədəni abidələri İran dövləti tərəfindən maliyyələşdirilir. Son illərdə Əfqanıstanı İrana birləşdirən yol tikintisinə İran dövləti 300 milyon dollar təmənnasız pul ayırıbdır. Xatırladaq ki, bu rəqəm yalnız yol üçün nəzərdə alınıb. Başqa sahələrə milyardlarla İran tərəfindən pul ayırıldığı rəsmi İran dövləti tərəfindən təsdiqlənib. www.dak.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar