SON XƏBƏRLƏR

Təbriz Universitetinin 37 tələbəsi Təhlükəsizlik Komitəsi tərəfindən ağır cəzalara məruz qaldılar

2021.10.20, 07:36
Təbriz Universitetinin 37 tələbəsi Təhlükəsizlik Komitəsi tərəfindən ağır cəzalara məruz qaldılar

Gunaz.tv
Təbriz Universitetinin 37 tələbəsi Təhlükəsizlik Komitəsi tərəfindən ağır cəzalara məruz qaldılar DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən son zamanlarda Güney Azərbaycan universitetlərində özəlliklə Təbriz universitetində türk tələbələrlə başqa tələbələr arasında Türkiyə futbolu ilə bağlı qarşıdurmaların yaranması Təbriz Universitet tələbələrinin şovinist hakimiyyət tərəfindən təzyiq və təhqirlərə məruz qalması, milli haqlarını tələb edən tələbələrə Təhlükəsizlik Komitəsi tərəfindən həbs və cəza tətbiq edilməsi Güney Azərbaycan tələbələrinin etirazına səbəb olmuş və ardıcıl universitetlər daxilində etiraz aksiyaları keçirmişlər. Bunun qarşısını almaq üçün faşist molla hakimiyyətinin məmurları Təbriz universitetində öncül milli hərəkat fəalları olan 37 tələbəyə Təhlükəsizlik Komitəsi tərəfindən cəzalar verilmişdir. Beynəlxalq Ana dili günündə öz ana dilində təhsil almaq üçün tələbələri etiraz aksiyasına dəvət edən Nadir Məhd Qarabağ bir il təhsildən məhrum edilmək cəzasına məhkum edilmiş, 36 nəfər isə tələbə yataqxanasından qovularaq tələbələrə nəzərdə tutulan kompensasiyalardan məhrum edilmişlər. Xatırladaq ki, faşist molla hakimiyyəti İran adlanan ölkədə türk tələbələrə qarşı şər-böhtan atmaqla milli haqlarını tələb edən tələbələrə separatcı Amerika, İsrail, Türkiyə və Azərbaycan casusları ittihamı verərək onlara qarşı bütün təzyiq vasitələrinə əl atmaqdadır. Milli haqlarını tələb edən tələbələr diplom işlərini və təhsil müddətlərini başa çatdırmaqda olan soydaşlarımız Təbriz Universitetində və Güney Azərbaycanın başqa universitetlərində təhsildən məhrum edilir, bəzi hallarda diplomları qanunsuz olaraq ləğv edilir və təzyiqlərə məruz qalırlar. www.dak.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar