SON XƏBƏRLƏR

“ Güney Azərbaycan Milli Birlik Şurası “ hardadır ?

2021.10.20, 07:36
“ Güney Azərbaycan Milli Birlik Şurası “ hardadır ?

Gunaz.tv
“ Güney Azərbaycan Milli Birlik Şurası “ hardadır ? İstəkli soydaşlar ! “Azərbaycan Milli Hərəkatının ” daxilində olan bütün çatışmamazlıqlara, qalma- qallar və anti demokratik davranışlara baxmıyaraq daxildə və xaricdə bu hərəkatın umumi gedişatının birlik içərisində yürüdüyü inkar edilməzdir. Milli hərəkatımızın gedişatından dəqiq xəbəri olanlar, son 20 ildə baş verən hadisələrdən düzgün məlumatı olanlar, bu yolda mal- can və zaman qoyanlar bu ölçü dəyərinin tam düzgün olduğunu yaxşı bilirlər. Bunun bariz örnəkləri , Babək qalasına yürüş, 22 may dirçəlişi, şovinizmin bütün təcavüzlərinə qarşı birlikdə etdiyimiz milli müdafiələr və dar günlərdə qol- qola, çiyin - çiyinə düşmənlə vuruşduğumuzu göstərmək olar. Özəlliklə milli hərkatımızın gövdəsinin tam birlik içərisində fəaliyəti dost və düşmənə aydındır. Bununla belə içimizdə bəzi yaramzlar, çirkin oyun oynuyanlar, hətta maddi mənafe dalınca olanlarında varlığı inkar edilməzdir. Ancaq bunların heç birisi milli hərəkatımızı durduracaq boyutda olmadığına gərə şübhəsiz “ gələcək bizimdir”. Birliyimizin orqanik bağları olmadığına görə başqa sözlə bir sistem içərisində bir – birinə bağlanmadığına görə fəaliyətlərimizin randumanı nisbətən düşük və istənilən nəticəni yüksək nisbətdə alamadığımıza gətirib çıxarmışdır. Bu təhlildən yola çıxaraq, sistemli qaydalara uyğun birlik qurumu olmadan milli hərəkatımızın inkişafının axsıyacağını nəzərdə alaraq, illər öncə başladılmış “ŞURA” formasında demoktatik bir qurumun yaranma vacibliyi ortaya çıxmışdı. Özəlliklə xaricdəki dağınıqlıq milli hərəkatımızın etibarını azaltdığı kimi daxildə də mənfi təsir göstərmişdir. Ən önəmli probləm isə milli hərəkatımızın sistematik bağlarla bir- birinə toxumamağı, gələcəkdə yaranacaq münasib fürsətlərdən yararlanmağı mümkünsüz qılaraq genə bizi- bizimlə əzməyə imkan yaradacaqdır. 26 ay öncə dünyanın müxtəlif ölkələrindən, Almanyanın Bon şəhərində 20 nəfərlik bir toplantıda nəhayət bəlli bir prənsiplər əsasında “ Günüy Azərbaycan Milli Birlik Şurası”-nın yaranmasına doğru addımların atılmasına qərar verildi. Bu anlaşmalara görə milli şura movcud olan təşkilatlar kimi deyil, bəlkə birlik anlayışı ilə qurulmalıydı. Ana xətti “ milli müqəddəratımızı təyin “ olmaqla , açıq , şəffaf və demokratik qaydalara dayanaraq bütün milli fəalları içinə almalıydı. “Milli Şuranı” yaratmağa doğru gedən yolda atılacaq iri addımlarla milli fəallarımızın böyük əksəriyətinin iştiraki ilə mühtəşəm qurultay geçirildikdən sonra “Milli Şura” yaranmalıydı. Ona görədə biz heç bir zaman “ Milli Şura” yaranmışdır iddeasında olmadıq, bugündə deyilik, başqa ifadə ilə səmimi, dürüst, həqiqi milliyətçi və millətin mənafein şəxsi çıxarlarından üstün tutan milli fəalların yolunu gözləməkdəyik. “ Milli Şuranı” bir təşkilat kimi təqdim edənlər və onu kiçik bir məhfil formasında görmək istəyənlər vəya saxlamaq istyənlər verilən sözləri unutmuş olmalıdırlar. Yada “Milli Şuranın” adından suistifadə edərək şəxsi mənafe dalınca olmalıdırlar. Bizcə, hər hansı bir bağlı təşkilatlar bəyəndiyi üzvlərlə qapalı bir biçimdə öz ətraflarına toplanıb bəlli hədəflərə doğru gedəbilərlər. Ancaq “ birlik “ adı daşıyan bir qurum bütün millətin üzünə açıq olmalı və şəxsi qərəzlərdən uzaq qalmalıdır. Özəlliklə geçmişdəki təşkilatlardan irs qalan irticai təfəkkür vəya bəzi təhlükəsizlik orqanlarından öyrənilmiş, 2-3 nəfərin “ gizlin kontrol” oyunları birliyin qarşısında böyük əngəllər törədmişdir. Bu davranışlar nəticəsində Frankfort iclasına 33 nəfərdən artıq toplanmaması vəya topladılmaması “Milli Şura” içinə soxulmuş qeyri millilik təfəkkürünün sonucudur. Bəzilərinin ömürləri xaricdəki demokratik ölkələrdə geçsədə demokrası qavramı ilə düzgün tanış olmaması “ Milli Şurada “ axsaqlıqların ortaya çıxmasına səbəb olmuşdur. Bu çatışmamzlıqların bir qismi bu müraciətlə birgə 1 yayınlanacaq “ milli şurada son durum” unvani ilə yazıda dərc edildiyinə görə, oraya müraciətizi xahiş edirik. Ancaq, 21-24 septabr 2007-də Frankfortdakı illik toplantımızdan sonra “Milli Şuranın” başarısızlığının bəzi önəmli səbəblərinin burada qeyd edilməsinin yararlı olmasına inanırıq. Frankfort iclasında iki əsas qərar alınmışdı ! A- Böyük bir qurultay geçirdərək “ Milli Şuranı” yaratmaq üçün 6 ay müddətində üzvlərimizi qat-qat artırıb və möhtəşəm qurultayı geçirməliydik. B- Güneyin daxilindən və xaricdəki aqsaqqallarımzıdan ibarət 20-25 nəfərlik bir “aqsaqqallar şurası “ yaratmalıydıq. Bu iki məsələnin həlli üçün cavanlarımızın gücündən faydalanmaq niyəti ilə geçmiş müvəqqəti “başqanlıq şurasında” olanlardan cənab Firidun bəy Pərviznia və Məhəmməd bəy Muştaqın xaricində yaşlılarımız geri çəkilərək meydanı gənclərə buraxdılar. İşlərin sistematik yeriməsi üçün çətinləklə olsada 7 nəfərlik müvəqqəti “başqanlıq şurası “ və 10 nəfərlik icra komitələrini seçərək 6 aydan sonra böyük qurultaya ümid bağladıq. Ancaq o zamnadan təqribən 10 ay ötməsinə baxmıyaraq hələdə alınan qərarlara görə ən kiçik addım atılmamışdır. Çünki : 1- Başqanlıq şurası əsasnamə və nizamnaməyə zid olaraq öz vəzifələrini buraxmış icra komitələrinin vəzifələrini mənimsəməyə başlamışdır. 2- Yaşda bizik, başda bizik, anti demokratik düşüncə və sözləri ilə icra komitələrindən cavanları qaçırtmışlar. Onların dəfələrlə hazırlayıb təqdim etdikləri programları müzakirəyə çıxarmıyaraq işin gedişatı əngəllənmişdir. 3- Nizamnamə pozuntusu o həddə çatıbki, başqanlıq şurasında heç bir komitəyə məsul vəzifəsi olmadığı halda bütün komitələrə buradan məsul təyin edib, icra komitələrinin işini durdurmuşlar. 4- Gülünc budurki, təbliqat komitəsinə başqanlıq şurasından iki nəfər məsul təyin etmişlər. Onun üçündə icra komitəsindən olan əsas məsul sərgərdan qalaraq ayrılmışdır. Bu hadisə başqa komitələrdə özəlliklə yüksək dərəcəli əhəmiyəti olan təşkilat komitəsində də baş vermişdir. Bəlkədə başarısızlığın əsas səbəbi həmin məsuliyətsiz davranışlar olmuşdur. 5- Sistematik iş görməyin usullarından xəbərsizlik nəticəsində, ancaq 30-35 nəfərlə toplaşıb bir iclas geçirməyi təklif ediblərki, bu haqda ekdəki məktubda geniş məlumat verilmişdir. 6- Birlik qavramında tərəfsizliyin əsas şərt olduğunu çeyniyərək başqa qurumların daxili işində “Milli Şuranın” adından suistifadə, daxilimizdə münasibətləri gərginləşdirmişdir. Özəlliklə bölünmüş təşkilatlarda hər hansı bir tərəfi müdafiə etməyin milli birliyə ziyan vurması aşıkardır. Buda aydındırki, Azərbaycan Milli Hərəkatına mənsub bütün təşkilatların başarısı bizim başarımızdır. Ancaq onun yolu bəzi vədələrə uyaraq bir dəstəni dəstəkləyib qarşı tərəfi əzmək deyildir. 7- “ Milli Şuranın” əsas hədəflərindən biridə, Günüydəki bu ağır şəraitdə təşkilatlanma imkanı zəyif olduğuna görə, orada mütəşəkkil olmağa çalışaraq gələcəkdə yaranacaq fürsətlərdən düzgün faydalanmaq istəyi olmuşdu. Ancaq təəssüflə “ Milli Şuranın” bəzi məsulları bunu zərbə altında qoyaraq inkişafi önləmişlər. 8- Müdiriyət sistemini bilməmək, plan və program ürətməkdən acizlik, əsasnamə möhtəvasından xəbərsizlik, təşkilatlarımızın inkişafının qarşısında olan maniələrdən sayıldığı hamıya aydındır. məsələrlə bağlı, özəlliklə 10 ay öncəki Frankfort iclasından sonra ortaya çıxan 2 axsaqlıqları göz önündə tutaraq 01.05.2008 tarixində “ Milli Şurada Son Durum “ başlığı altında dərdlərimizi dilə gətirmək məcburiyətində qaldıq. Bu tənqdi fikriləri öz daxili E- mail qrupumuzda yayaraq, prensiplərə sadiq qalmağı, sistematik çalışaraq, birlik anlayışı içində milli hərəkatımıza yardımçı olmağımızı vurqulasaqda, istənilən nəticəni alamadıq. Hətta april ayının dördündə “ fəaliyət mexanizmimizin umumi iclaslarda təyin edilməsi “ qəbul edildikdən iki həftə sonra bəziləri tərəfindən inkar edilməsi səliqə fərqliliklərinin yanında fürsət tələblik anlayışınıda sərgiləmişdir. Bu qərar əsasında milli şurada adını idarə heyəti, başqanlıq şurası vəya icra komitələri qoyaraq milli şuranın işinə müdaxiləsi qeyri qanuni sayılmaqadadır. Onun üçün və bundan sonra oynanabilən təhlükəli oyunlar və millətimizə zərbə vurabiləcək bildirş, davranış vəya gizlin muamilələrin qarşısının alınması üçün millətimizi ayıq və sayıq olmağa çağırırıq. Güney Azərbaycanda aparılan milli mübarizənnin bu ağır durumunda “milli birlikdən” başqa yol və milli birliyə gedən yolun “ Milli Şura “ körpüsündən başqa geçid yolu olmadığına dərindən inandığımızı bəlirtmək istərdik. Ona görə “Milli Şuranı” bu durum və durgunluqdan qurtarmaq və yenidən titrədib genişləndirərək yoluna dəvam etdirməsini vacib sayırıq. Bu təfəkkürün başarılı olması üçün bəzi yaşlılarımızın yanlış siyasəti nəticəsində milli şuradan uzaqlaşan cavanlarımızdan xahiş edirik ki, yaxında çağırılacaq umumi iclasda iştirak edərək öz milli borclarını yrinə yetirsinlər. Bunuda artırmalıyıq ki, milli fəallarımızın, özəlliklə səmimi olan və demokratik təfəkkürə inananlarının “Milli Şuraya” qoşulması qurtuluş yolumuzun aydınlanması və milli hərəkatımızın qalibiyəti üçün ən vacib qatqıdır. Yaramazlıqların qarşısını demokratik usullarla almaq üçün ürəyi Azərbaycan eşqi ilə yanan və Türklük sevgisi ilə çırpınan bütün təmiz və düzgün siyasətçilərimizin bir arada olmasından başqa çarəsi yoxdur. Bu vəsilə ilə o yazını ( 01.05.08- Milli Şura Hardadır ) aşağıda millətimizin huzurlarına təqdim edərək milli hərəkatımıza uğurlar arzulayırıq. Hörmətlə : Adlar əlifba sırası ilə 1. Behruz Həqqi 2. Böyük Rəsuloğlu 3. Cabbar Səttaroğlu 4. Eldar Fənni 5. İsmail Söhrab 6. Məhəmməd Riza Xeşti azadtribun

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar