SON XƏBƏRLƏR

İranda köhnə hərbi avadanlıqların yaratdığı faciələr

2021.10.20, 07:36
İranda köhnə hərbi avadanlıqların yaratdığı faciələr

Gunaz.tv
İyulun 7-də İranın cənub qərbində İran ordusuna məxsus hərb təyyarə qəzaya uğrayıb. Qəzanın səbəbinin texniki nasazlıq olduğu elan edilib. İRNA xəbər agentliyinin verdiyi məlumata əsasən təyyarənin pilotu və onun koməkçisi bu qəzada həlak olub. Hər iki pilot İran ordusunun təcrübəli hərbi pilotlarından hesab olunurdu. Elə həmin gün səhər İsfəhan şəhərində İran hərbi hava qüvvələrinə məxsus Boing 707 təyyarəsi də texniki nasazlıqdan qəza vəziyyətinə düşmüş, lakin pilot təyyarəni heç bir qəza hadisəsi baş vermədən yerə endirməyə müvəffəq ola bilmişdir. Bu yeni qəzalar İrandakı ciddi bir problemin yenidən gündəmə gəlməsinə səbəb olmuşdur. İranda hərbi və sərnişin təyyarələrinin qəzaya uğraması halları tez-tez baş verir. Mütəxəssislərin fikrincə İran İslam Respublikası ABŞ-ın “İslam İnqilabından” sonra ona tətbiq etdiyi sanksiyalar nəticəsində 30 ildir ki, ölkənin hava uçuş texnikasıyla bağlı yeniliklər edə bilmir. Nə yeni təyyarələr alına bilir nə də köhnələri təmir etmək üçün də yeni hissələr almaq mümkun olmur. Elə bu səbəbdən də İİR-də təyyarə qəzalarının sayı getdikcə artır. 2007-ci ilin noyabrında İranın cənubunda orduya məxsus “Fantom” hərbi təyyarəsi texniki nasazlıqdan qəzaya uğramışdı və onun iki sərnişini həlak olmuşdu. Bu qəza hərbi təlim zamanı baş vermişdi. Qəza nəticəsində məhv olan bu təyyarə ABŞ-da istehsal olmuşdu. İran ordusu inqilabdan əvvəl ABŞ-dan çox sayda belə növ hərbi təyyarələr almışdı. Bu hadisədən bir il əvəl 2006-ci ilin noyabrında isə İslam İnqilabının Mühafizləri Korpuzunun (İİMK) hava qüvvələrinə məxsus “Antonov” hərbi təyyarəsi Tehranın Mehrabad hərbi hava limanında qəzaya uğramışdı. Bu hadisədə 36 sərnişin həlak olmuşdu. 2006-ci ilin yanvarında İranın şimal qərbində yenə İİMK-yə məxsus hərbi sərnişin təyyarəsi qəzaya uğramış və təyyarədə olan İİMK-nin 10-dan çox yüksək rütbəli kadrı həlak olmuşdu. Hadisə Urmiyənin yaxınlığında Aydınlı kəndində baş vermişdi. Bu hadisədən sonra parlamendtdə hadisə ilə bağlı narahatçılığı ifadə edən iclaslar keçirilmiş və 50 millət vəkili Əhmədinejadın nazirlərinin bu haqda sorğuya çkilməsini tələb etmişdilər. 2005-ci ilin dekabr ayında da İran ordusuna məxsus “C-130” təyyarəsi uçuşdan bir neçə dəqiqə sonra Tehranda bir yaşayış binasına dəymiş, içində olan 39-u jurnalist 94 sərnişin və yaşayış binasında olan onlarla insan həlak olmuşdu. Bilindiyi kimi İİR, 1979-ci ildəki “İslam İnqilabıdan” sonra ABŞ və Qərb ölkələrinin iqtisadi blokadaları nəticəsində hərbi avadanlıq və Qərb istehsalı olan texnika ala bilmir. Bu səbəbdən İran ordusunda və ümumiyyətlə hava yollarında istifadə olunan təyyarələrin texniki yeniləşdirilməsi və ya yeni təyyarələrin alınması demək olar ki, mümkün deyil. İndi istifadə olunan texnika və təyyarələr ən azı 30 il əvvəl alınmışdır. Bu səbəbdən İranda təyyarə qəzalarının baş verməsi intensiv hal alıb. İran ordusu yetkililərinin iddialarına görə İran indiyə qədər iki növ təyyarə istehsal edə bilib. Amma onların kütləvi istehsalı və ya istifadəsi hələlik hiss olunmur. İran ordusunda istifadə olunan hərbi texnikanın da əksər hissəsi ABŞ və Qərb ölkələrində, o cümlədən də İsraildə istehsal olunan silah və texnikadan ibarətdir. Bu faktlar həm də hərbi hava qüvvələrinin vəziyyəti ilə əlaqədar ümumi fikir yaranmasına da imkan verir. Belə çıxır ki, ABŞ və İsrailin İrana qarşı ehtimal olunan hücumları zamanı, İran ordusu bu ölkələrin hücumlarından istehsal etdiyi iddia olunan uzunmənzilli raketlərlə yanaşı, həm də bu ölkələrin ən azı 30 il əvvəl istehsal etdiyi silahlarla müdafiə olunacaq. Bu isə, İranın ciddi risklərlə qarşı-qarşıya olduğunu göstərir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar