SON XƏBƏRLƏR

Ərdəbil Universitetində nəşr olunan mədəni ictimai “Sayan” dərgisi qapadıldı

2021.10.20, 07:36
Ərdəbil Universitetində nəşr olunan mədəni ictimai “Sayan” dərgisi qapadıldı

Gunaz.tv
Ərdəbil Universitetində nəşr olunan mədəni ictimai “Sayan” dərgisi qapadıldı DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən Ərdəbil Universitetinin tələbələrinin hazırlayıb və nəşr etdiyi “Sayan” dərgisi Güney Azərbaycanın tarixi və mədəniyyətini, ictimai problemlərini əks etdirən tələbə dərgilərindən hesab olunur. Əvvəlki müddətdə həmin dərgiyə milli hərəkat fəalı Əsgər Əkbərzadə rəhbərlik edirdi. Əsgər Əkbərzadə təhsilini bitirdikdən sonra və şovinist hakimiyyətin Əsgər Əkbərzadəni milli hərəkat fəalı olduğuna görə həbs etdikdən sonra hakimiyyət qüvvələri həmin dərginin Azərbaycanlı tələbələrin arasında milli oyanışa təsir göstərdiyini başa düşərək həmin dərgini universitetlərdə nəşr olunan Dərgilərə Nəzarət Şurası tərəfindən qapadılmasını tələb etmiş və həmin dərgi dünən qapadılmışdır. www.dak.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar