SON XƏBƏRLƏR

Güney Azərbaycanın milli hərəkat fəalları Əsgər Əkbərzadə və Hüseyn Hüseyni müvəqqəti azadlığa buraxıldı

2021.10.20, 07:36
Güney Azərbaycanın milli hərəkat fəalları Əsgər Əkbərzadə və Hüseyn Hüseyni müvəqqəti azadlığa buraxıldı

Gunaz.tv
Güney Azərbaycanın milli hərəkat fəalları Əsgər Əkbərzadə və Hüseyn Hüseyni müvəqqəti azadlığa buraxıldı DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsaəsn bir müddət öncə Güney Azərbaycanın milli hərəkat fəalları Əsgər Əkbərzadə və Hüseyn Hüseyni İran Təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək Ərdəbil ETTELAAT-nın təcridxanasında saxlanılaraq ağır işgəncə və təzyiqlərə məruz qoyulmuş və ailələrilə heç cür görüşməyə imkan verilməmişdir. Son günlərdə milli hərəkat fəalları Ərdəbil həbsxanasına yerləşdirilmiş və onların bədənlərində işgəncə əlamətləri açıq şəkildə görünmüşdür. Soydaşlarımızın ailələrindən verilən məlumata əsasən övladlarının ETTELAAT orqanlarında işgəncə olduqları təsdiqlənmişdir. Dünən 9 iyul 2008-ci il tarixində Ərdəbil İniqlab məhkəməsi Əsgər Əkbərzadəyə 30 min dollar, Hüseyn Hüseyniyə 10 min dollar dəyərində girov alaraq müvəqqəti azadlığa buraxmışlar. Faşist molla hakimiyyətinin İnqilab məhkəməsi soydaşlarımıza qarşı İranın ərazi bütövlüyünü parçalamaq və ölkə daxilində ixtişaşlar yaratmaq ittihamı irəli sürmüşdür. www.dak.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar